Xəbərlər
Veysəl Məmmədov Malayziyada keçirilən Beynəlxalq Kitab Sərgisində Azərbaycan Nəşriyyatlar Assosiasiyasını təmsil edib
Bu yaxınlarda Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin üzvü, həmçinin “Libra Kitab” nəşriyyatının direktoru Veysəl Məmmədov Malayziyanın Selangor şəhərində Selangor Mərkəzi Kitabxanasının dəvəti ilə keçirilən kitab sərgisi və nəşriyyatların görüşündə iştirak edib. O, Azərbaycan Mədəniyyət Nazirliyinin tövsiyəsi ilə tədbirə Azərbaycan naşirlərini təmsil etmək məqsədilə dəvət olunub.Səfər çərçivəsində ilk olaraq Selangor Mərkəzi Kitabxanası ilə tanışlıq baş tutub. Veysəl Məmmədov bildirib ki, təxminən 2 milyon üzvü olan kitabxana oxucuların fəallığı ilə seçilir. Burada müasir infrastruktura malik oxu zalları, uşaq oyun sahələri, idman zalı və digər sosial məkanlar fəaliyyət göstərir. Kitabxananın xidmətləri pulsuzdur və məkanda səliqə, təmizlik və sükut xüsusi diqqət çəkir.Daha sonra Veysəl Məmmədov kitab sərgisində iştirak edib. Sərginin ilk günündə o, “Asiyada və yaxın ərazilərdə nəşriyyat, bazar trendləri, oxucu davranışının dəyişməsi və yeni imkanlar” mövzusunda paneldə çıxış edib, iştirakçıların suallarını cavablandıraraq Azərbaycanın kitab bazarı və nəşriyyat fəaliyyəti haqqında ətraflı məlumat verib.Sərginin rəsmi açılış mərasimində Selangor sultanı Sharafuddin Idris Shah Alhaj da iştirak edib və qonaqlarla fərdi görüşlər keçirilib. Həmçinin sərginin təşkilatçısı, Selangor Mərkəzi Kitabxanasının rəhbəri Datin Paduka Mastura Hj Muhamad ilə səmərəli görüş baş tutub və Azərbaycandan aparılmış xatirə hədiyyələri təqdim olunub.Tədbirə Azərbaycan Respublikasının Malayziyadakı səfirliyi də dəvət edilib. Sərgi çərçivəsində Azərbaycanın Malayziyadakı səfiri İrfan bəy və səfirliyin birinci katibi Şəbnəm xanım ilə görüşlər keçirilib.On minlərlə ziyarətçinin qatıldığı sərgi müddətində iştirakçılar Azərbaycan haqqında məlumatlandırılıb, tədbir məkanında ölkəmizin bayrağı nümayiş etdirilib. Bu səfər Veysəl Məmmədov üçün həm peşəkar baxımdan faydalı, həm də Azərbaycanı beynəlxalq platformada təmsil etmək baxımından qürurverici olub.
17.12.2025
24
Ətraflı
ANAİB İdarə Heyətinin Sədri Şəmil Sadiq İstanbul TÜYAP sərgisində çıxış edib
13 dekabr tarixində İstanbulda TÜYAP kitab sərgisinin açılışı baş tutub.Tədbirdə Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinin (ANAİB) sədri, yazıçı-publisist, dosent Şəmil Sadiq “Azərbaycan ədəbiyyatında ümumtürk ədəbi dili” mövzusunda çıxış edib. Mədəniyyət nazirliyinin dəvəti ilə sərgiyə qatılan Ş.Sadiq, həmçinin, Azərbaycan panelinin moderatoru olaraq spikerlər- Azərbaycan Yazıçılar Birliyinin Dünya Ədəbiyyatı jurnalının baş redaktoru Seyfəddin Hüseynli və Türkiyədəki Azərbaycan Mədəniyyət mərkəzinin rəhbəri Samir Abbasovla birgə Azərbaycan ədəbiyyatı haqqında müzakirələr aparıblar. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi tədbirdə ölkəmiz həmişəki kimi böyük bir stenlə təmsil olunur. Tədbirə Azərbaycandan bir qrup naşir, yazıçı, şair, elm adamları dəvət ediliblər. Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu da iştirakçılar sırasındadır.Qeyd edək ki, sərgi 16 dekabr tarixinədək davam edəcək.
15.12.2025
36
Ətraflı
V Sumqayıt Kitab Sərgisi keçirilib
5–7 dekabr tarixlərində Sumqayıtda yerləşən Kimyaçı Mədəniyyət Sarayında V Sumqayıt Kitab Sərgisi keçirilib. Sərgi “Azərbaycan Nəşriyyatları Assosiasiyası”nın təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.Sərgidə 30-dan çox nəşriyyat, 40-a yaxın yazıçı iştirak edirb.Sərginin sponsorları BP və tərəfdaşları, eləcə də Sufle Şirniyyat Evidir.Açılış mərasimində Azərbaycan Nəşriyyatları Assosiasiyası idarə heyətinin sədri Şəmil Sadiq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin rəhbəri Vasif Qurbanzadə, millət vəkili Mehriban Vəliyeva, Qazaxıstanda yerləşən Turan Akademiyasının prezidenti, professor Rahman Alşanov, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt filialının Poeziya bölməsinin rəhbəri İbrahim İlyaslı və Azərbaycan Prezidentinin rəsmi təqaüdçüsü şair, əməkdar müəllim Ofeliya Babayeva çıxış edib.Sərgi çərçivəsində V Kitabqurdu Sumqayıt Məktəblilərinin Oxu Marafonunun mükafatlandırılma mərasimi keçirilib. Mərasimdə Kitabqurdu Marafonu layihəsinin rəhbəri, "XAN Nəşriyyatı"nın direktoru Səbuhi Şahmursoy, marafonun sponsoru AMAL Xeyriyyə Cəmiyyətinin rəhbəri Rüfət Mirzəyev çıxış edib. Mərasimdə imtahanda ən çox bal toplayan məktəblilər mükafatlandırılıblar. I yeri Yusifzadə Leyla Müşfiq qızı, II yeri Babayev Fərid Elnur oğlu, III yerləri Məmmədov Möhsin İsmayıl oğlu, Cavadzadə Kürşən Tural qızı, Rəhimli Söhbət Beyrək oğlu qazanıblar.Birinci yerin qalibi 1000 azn, ikinci yerin qalibi 500 azn və üçüncü yerlərin qalibləri hər biri 100 azn dəyərində mükafatlandırılıblar.Digər 8 nəfər isə sertifikat və hədiyyələrlə təltif olunublar.Sərgi müddətində müxtəlif yazıçılarla imza mərasimləri, o cümlədən Varis Yolçuyev, İradə Qədirova, Reyhan Yusifqızı, Aytac Qəmbərova, Elxan Elatlı, Müşfiq Ötkün, Rövşən Abdullaoğlu, Aysel Rəsulzadə, İlqar Kamil və Nəzrin Şirinzadə ilə görüş keçirilib. Ümumilikdə sərgiyə 20.000-dən çox ziyarətçi gəlib.
12.12.2025
51
Ətraflı