Xəbərlər
ANAİB Türküstan Kitab Sərgisində iştirak edəcək
ANAİB İdarə Heyətinin sədri, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq və “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy Qazaxıstanın ən böyük nəşriyyatı olan “Foliant”ın direktoru Nurlan İsabəyovla görüşüb.ANAİB xəbər verir ki, görüşdə iki ölkə arasında nəşriyyat sahəsinin müqayisəli perspektivləri, eləcə də qarşılıqlı həyata keçiriləcək planlar barədə söhbətlər aparılıb. Şəmil Sadiq bildirib ki, Qazaxıstanlı oxucuların Azərbaycanlı müəlliflərlə tanışlığı mühüm məsələdir və bu istiqamətdə düşünülmüş addımlar atılmalıdır. Bunun üçün qardaş ölkələrin nəşriyyatları arasında əməkdaşlıq imkanları qurulmalı və genişlənməlidir. Qazaxıstanın kitab çapı və nəşriyyat sahəsi barədə geniş məlumat verən Nurlan İsabəyov bildirib ki, Azərbaycan nəşriyyatları ilə əməkdaşlıq imkanlarını araşdırılır. Vurğulayıb ki, Azərbaycana gəlişinin əsas məqsədlərindən biri 26–28 noyabr tarixlərində Qazaxıstanda keçiriləcək Türküstan Kitab Sərgisinə azərbaycanlı naşirləri şəxsən dəvət etməkdir.Görüşdə səsləndirilən təklif ANAİB rəhbərliyi tərəfindən müsbət qarşılanıb və geniş tərkiblə bu sərgidə iştirak etmək barədə qərar qəbul edilib.
07.11.2025
16
Ətraflı
“Zəfərin Uşaqları ilə Oxu Marafonu – Şimal bölgəsi məktəblilərinin mütaliə yarışı” layihəsi çərçivəsində I Quba Kitab Sərgisi uğurla yekunlaşdı
Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi (ANAİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Zəfərin Uşaqları ilə Oxu Marafonu – Şimal bölgəsi (Quba, Qusar, Xaçmaz) məktəblilərinin mütaliə yarışı” layihəsini uğurla yekunlaşdırıb.Layihənin rəhbəri filologiya üzrə fəlsəfə doktoru, ANAİB İdarə Heyətinin sədri və Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq, icraçısı isə XAN Nəşriyyatının direktoru, ANAİB İdarə Heyətinin üzvü Səbuhi Şahmursoy olub.Layihənin məqsədi şimal bölgəsində məktəblilər arasında oxu vərdişlərini inkişaf etdirmək, vətənpərvərlik hisslərini gücləndirmək, milli-mənəvi dəyərləri təbliğ etmək və Azərbaycan dilinin zənginliyini nümayiş etdirmək olub.Layihənin yekun mərhələsi olaraq 31 oktyabr–1, 2 noyabr tarixlərində Quba şəhərində yerləşən Heydər Əliyev Mərkəzində I Quba Kitab Sərgisi keçirilib. Üç gün davam edən sərgi zamanı tanınmış yazıçı və şairlərin iştirakı ilə müxtəlif təqdimatlar, imza saatları və oxucu görüşləri baş tutub.Açılış mərasimində layihə rəhbəri Şəmil Sadiq, Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Tariyel İbrahimov, MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, “Ayna”–“Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, xalq şairi Rüstəm Behrudi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, eləcə də AYB Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı çıxış ediblər.Tədbirdə tanınmış yazarlar – Varis Yolçuyev, Elxan Elatlı, Rövşən Abdullaoğlu, Gülzar İbrahimova, Əziz Yaqubzadə, Eyvaz Zeynalov, Aynur Cavid, Elgüsel və Orxan Bəyov iştirak ediblər. Onların hər biri oxucularla görüşlər keçirib, ədəbiyyatın insan və cəmiyyət həyatındakı roluna dair maraqlı fikirlər səsləndiriblər.Sərgi çərçivəsində həmçinin məktəblilər, müəllimlər və kitabxanaçılar üçün maarifləndirici tədbirlər, ədəbi müzakirələr və “Zəfərin Uşaqları ilə Oxu Marafonu” qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub.İmtahanda ən yüksək nəticə göstərən ilk 10 iştirakçı mükafatlandırılıb. 4–10-cu yerləri qazanan iştirakçılara qiymətli kitablar və sertifikatlar təqdim olunub. İlk 3 yerin qalibinə isə qiymətli hədiyyələrlə bərabər diplom və pul mükafatları da təqdim olunub. I yerin qalibi Köhnə Xaçmaz kənd orta məktəbinin şagirdi Əliyeva Zəhra Müzəffər qızı 1000 AZN, II yerin qalibi Quba şəhər 2 saylı məktəbin şagirdi Əmrahov Tunar Vüsal oğlu 500 AZN, III yerin qalibi Köhnə Xaçmaz kənd orta məktəbinin şagirdi Məhərrəmova Aydan Saleh qızı 300 AZN ilə mükafatlandırılıblar.Layihə və sərgi Quba-Xaçmaz Regional Təhsil İdarəsi, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, MÜSİAD Azərbaycan, QİAD, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilib. İnformasiya dəstəyi Qafqaz TV və “525-ci qəzet” olub.Məlumat üçün qeyd edək ki, “Zəfərin Uşaqları ilə Oxu Marafonu – Şimal bölgəsi məktəblilərinin mütaliə yarışı” layihəsi Quba, Qusar və Xaçmazdan 6 məktəbin (ümumilikdə 300 şagird, 108 müəllim və 6 kitabxanaçının) iştirak etdiyi mütaliə müsabiqəsi idi. Layihə müddətində məktəblilər tərəfindən oxunulan 5 kitab bunlardır:1. Əziz Sultan – “Mübariz Olmaq”;2. Arif Əliyev – “Yalama”;3. Şəmil Sadiq – “Zəfər yolu”;4. Rövşən Abdullaoğlu – “Mən yeməli deyiləm”;5. Əzizə Cəfərzadə – “Anamın nağılları”.Mütaliə müddəti bitdikdən sonra şagirdlər seçilmiş kitablar əsasında hazırlanan suallardan ibarət imtahanda iştirak edib qalibiyyət uğrunda mübarizə aparmışdılar.
06.11.2025
41
Ətraflı
“Zəfərin Uşaqları ilə Oxu Marafonu” layihəsi imtahan mərhələsinə yetişdi!
Azərbaycan Nəşriyyatları Assosiasiyasının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Zəfərin Uşaqları ilə Oxu Marafonu – Şimal bölgəsi məktəblilərinin mütaliə yarışı” layihəsi özünün həyəcan dolu final mərhələsinə çatıb.Anaib.az xəbər verir ki, layihə çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarında keçirilən təqdimatlar, mütaliə görüşləri və yarış mərhələləri uğurla başa çatıb. Artıq şagirdlər oxuduqları əsərlər üzrə biliklərini sınaqdan keçirdikləri imtahan mərhələsində iştirak ediblər.İmtahan mərhələsi 19 oktyabr saat 12:00-da Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində keçirilib. Yarışda 6 məktəbdən 50 nəfər olmaqla ümumilikdə 300 şagird iştirak edib.Prosesdə Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri, həmçinin Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq, “XAN Nəşriyyatı"nın direktoru Səbuhi Şahmursoy, “Qədim Qala” Nəşriyyatının direktoru Şöhlət İxtiyaroğlu və ANAİB-ə üzv olan nəşriyyatların nümayəndələri iştirak edərək şagirdləri məlumatlandırıblar və layihənin gedişini izləyiblər. İmtahan sualları dərsliklər müəllifi Nizami Hüseynov tərəfindən tərtib olunub.Bundan əlavə, Quba şəhərində layihəyə dəstək göstərən təşkilatların təmsilçiləri də imtahan prosesində iştirak ediblər.Müsabiqənin nəticələrinə əsasən, birinci yerin qalibinə 1000 manat, ikinci yerin qalibinə 500 manat, üçüncü yerin qalibinə isə 300 manat mükafat veriləcək. İlk 10-luğa daxil olan məktəblilər isə xüsusi hədiyyələrlə təltif olunacaqlar.Layihənin mükafatlandırma mərasimi yaxın günlərdə baş tutacaq I Quba Kitab Sərgisi çərçivəsində keçiriləcək.
22.10.2025
72
Ətraflı