Xəbərlər
ANAİB İdarə Heyətinin yekun iclası keçirildi
29 dekabr tarixində Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) İdarə Heyətinin 2025-ci il üzrə yekun iclası baş tutdu. İclas zamanı təşkilatın fəaliyyət istiqamətləri və qarşıdakı dövr üçün planlar ətraflı şəkildə müzakirə olundu.Görüşdə növbəti il üçün illik sərgi planlanması, cari təşkilati məsələlər, eləcə də Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi çərçivəsində ANAİB tərəfindən təqdim edilmiş “Azərbaycan Ədəbiyyatı Beynəlxalq Arenada” adlı yeni layihə geniş müzakirə edildi. Layihənin məqsədi, hədəfləri və icra mexanizmləri barədə fikir mübadiləsi aparıldı.İclasın gündəliyində, həmçinin ANAİB-ə yeni üzvlərin qəbul edilməsi məsələsi yer aldı və bu istiqamətdə müvafiq qərarlar qəbul olundu.Sonda ümumi məsələlər ətrafında müzakirələr aparılaraq, ANAİB-in gələcək fəaliyyətinin daha səmərəli və sistemli şəkildə qurulması ilə bağlı təkliflər səsləndirildi.
30.12.2025
16
Ətraflı
Veysəl Məmmədov Malayziyada keçirilən Beynəlxalq Kitab Sərgisində Azərbaycan Nəşriyyatlar Assosiasiyasını təmsil edib
Bu yaxınlarda Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin üzvü, həmçinin “Libra Kitab” nəşriyyatının direktoru Veysəl Məmmədov Malayziyanın Selangor şəhərində Selangor Mərkəzi Kitabxanasının dəvəti ilə keçirilən kitab sərgisi və nəşriyyatların görüşündə iştirak edib. O, Azərbaycan Mədəniyyət Nazirliyinin tövsiyəsi ilə tədbirə Azərbaycan naşirlərini təmsil etmək məqsədilə dəvət olunub.Səfər çərçivəsində ilk olaraq Selangor Mərkəzi Kitabxanası ilə tanışlıq baş tutub. Veysəl Məmmədov bildirib ki, təxminən 2 milyon üzvü olan kitabxana oxucuların fəallığı ilə seçilir. Burada müasir infrastruktura malik oxu zalları, uşaq oyun sahələri, idman zalı və digər sosial məkanlar fəaliyyət göstərir. Kitabxananın xidmətləri pulsuzdur və məkanda səliqə, təmizlik və sükut xüsusi diqqət çəkir.Daha sonra Veysəl Məmmədov kitab sərgisində iştirak edib. Sərginin ilk günündə o, “Asiyada və yaxın ərazilərdə nəşriyyat, bazar trendləri, oxucu davranışının dəyişməsi və yeni imkanlar” mövzusunda paneldə çıxış edib, iştirakçıların suallarını cavablandıraraq Azərbaycanın kitab bazarı və nəşriyyat fəaliyyəti haqqında ətraflı məlumat verib.Sərginin rəsmi açılış mərasimində Selangor sultanı Sharafuddin Idris Shah Alhaj da iştirak edib və qonaqlarla fərdi görüşlər keçirilib. Həmçinin sərginin təşkilatçısı, Selangor Mərkəzi Kitabxanasının rəhbəri Datin Paduka Mastura Hj Muhamad ilə səmərəli görüş baş tutub və Azərbaycandan aparılmış xatirə hədiyyələri təqdim olunub.Tədbirə Azərbaycan Respublikasının Malayziyadakı səfirliyi də dəvət edilib. Sərgi çərçivəsində Azərbaycanın Malayziyadakı səfiri İrfan bəy və səfirliyin birinci katibi Şəbnəm xanım ilə görüşlər keçirilib.On minlərlə ziyarətçinin qatıldığı sərgi müddətində iştirakçılar Azərbaycan haqqında məlumatlandırılıb, tədbir məkanında ölkəmizin bayrağı nümayiş etdirilib. Bu səfər Veysəl Məmmədov üçün həm peşəkar baxımdan faydalı, həm də Azərbaycanı beynəlxalq platformada təmsil etmək baxımından qürurverici olub.
17.12.2025
55
Ətraflı
ANAİB İdarə Heyətinin Sədri Şəmil Sadiq İstanbul TÜYAP sərgisində çıxış edib
13 dekabr tarixində İstanbulda TÜYAP kitab sərgisinin açılışı baş tutub.Tədbirdə Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinin (ANAİB) sədri, yazıçı-publisist, dosent Şəmil Sadiq “Azərbaycan ədəbiyyatında ümumtürk ədəbi dili” mövzusunda çıxış edib. Mədəniyyət nazirliyinin dəvəti ilə sərgiyə qatılan Ş.Sadiq, həmçinin, Azərbaycan panelinin moderatoru olaraq spikerlər- Azərbaycan Yazıçılar Birliyinin Dünya Ədəbiyyatı jurnalının baş redaktoru Seyfəddin Hüseynli və Türkiyədəki Azərbaycan Mədəniyyət mərkəzinin rəhbəri Samir Abbasovla birgə Azərbaycan ədəbiyyatı haqqında müzakirələr aparıblar. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi tədbirdə ölkəmiz həmişəki kimi böyük bir stenlə təmsil olunur. Tədbirə Azərbaycandan bir qrup naşir, yazıçı, şair, elm adamları dəvət ediliblər. Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu da iştirakçılar sırasındadır.Qeyd edək ki, sərgi 16 dekabr tarixinədək davam edəcək.
15.12.2025
67
Ətraflı