II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırıldılar - Foto

II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırıldılar - Foto

Ətraflı bax...
ANAİB-in yaradılması

ANAİB-in yaradılması

Ətraflı bax...
I LƏNKƏRAN KİTAB SƏRGİSİ KEÇİRİLİB

I LƏNKƏRAN KİTAB SƏRGİSİ KEÇİRİLİB

Ətraflı bax...
ANAİB MEDİA NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRDİ

ANAİB MEDİA NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRDİ

Ətraflı bax...
GƏNCƏDƏ MÖHTƏŞƏM KİTAB SƏRGİSİ KEÇİRİLİB

GƏNCƏDƏ MÖHTƏŞƏM KİTAB SƏRGİSİ KEÇİRİLİB

Ətraflı bax...

Xəbərlər

Lənkəranda II Kitab Sərgisi keçirilir

Lənkəranda II Kitab Sərgisi keçirilir

5 – 7 aprel tarixlərində 2024-cü il Gənclər Paytaxtı Lənkəranda II Kitab Sərgisi keçirilir. Anaib.az xəbər verir ki, Azərbaycan Nəşriyyatları Assosiasiyası, Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə reallaşan tədbir Heydər Əliyev Mərkəzində saat 10:00-dan 19:00-dək baş tutacaq.Sərginin açılış mərasimində ANAİB sədri Şəmil Sadiq, Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov çıxış ediblər. Qeyd edək ki, sərgi çərçivəsində yazıçılar – Varis, Əziz Yaqubzadə, Elgüsel, Ceyhun Hidayətli, İlqar Kamil, İradə Qədirova, Rövşən Abdullaoğlu, Dünya veysəlova, Vüqar Bayramlı, Həmid Piriyev, Aynur Cavid və Ülviyyə Tahir oxucularla görüşəcək, öz kitablarını imzalayacaqlar. Bundan başqa, dilçi alim Rafiq İsmayılov “Oxuyub anlama təhsildə metabacarıq kimi”, təhsil texnoloqu Şəmil Sadiq “Təhsildə STEAM yanaşması”, təlimçi Orxan Şahbazın “ZİDDiyyətləri idarə etmək” seminarları, Azərbaycan Ədəbiyyat Fondu və AYB-nin Lənkəran bölməsinin birgə təşkilatçılığı ilə “Bölgə ədəbiyyatı, problemlər, perspektivlər” adlı müzakirə, Şamil Mahmudbəyovun 100 illiyi münasibətilə kinorejissor Tahir Tahiroviçin təqdimatında “Od içində” bədii filminin nümayişi, Elgüselin uşaqlar üçün nağıl saatı, 5 nömrəli məktəbin şagirdlərinin təqdimatı təşkil olunacaq.
05.04.2024 24 Ətraflı
Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək

Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək

Aprelin 26-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək.Anaib.az-a istinadən xəbər verir ki, Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), AMEA, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə baş tutacaq forum nəşriyyat məhsulları və strategiyalarından, eləcə də nəşriyyat problemlərinə kompleks yanaşma təmin edən panellərdən ibarət olacaq.ANAİB sədri, Naşirlər Forumu və Oxu Gününün layihə rəhbəri Şəmil Sadiq qeyd edib ki, Azərbaycan Naşirlərinin I Forumu ölkənin müstəqillik dövründə inkişaf edən özəl nəşriyyat sektorunun bir növ hesabatlılığına, ümumi problemlərin həlli ilə bağlı təkliflərin formalaşmasına, yeni layihələrin hazırlanması üçün şəbəkələşmənin təmin olunmasına töhfə verəcək: “5 paneldə ümumilikdə 15 spikerin çıxışı nəzərdə tutulan, xarici mütəxəssislərin də cəlb olunacağı bu layihə yerli nəşriyyat sektorunun real problemlərinə işıq tutmaq, eləcə də beynəlxalq təcrübədən yararlanmaq məqsədi daşıyır”.Forum çərçivəsində 27-28 aprel tarixlərində Elmlər Akademiyasının həyətində Oxu Günü-10 sərgi-yarmarkası təşkil olunacaq.Ölkənin 40-dan çox aparıcı nəşriyyatı və kitab evinin, eləcə də 70-ə yaxın yazıçı və ziyalının iştirakı ilə baş tutacaq sərgidə möhtəşəm proqram, çoxçeşidli kitabların satışı baş tutacaq.Müxtəlif endirimlərin tətbiq olunacağı kitab festivalında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar da təşkil ediləcək.Qeyd edək ki, Azərbaycan Naşirlərinin I Forumu və Oxu Günü-10 sərgi-yarmarkasının tərəfdaşları Yunus Əmrə İnstitutu, “MUSİAD Azərbaycan”, “Badamlı”, “Oyal”, “Hədəf Group”, “Şərq-Qərb” və “Globalsoft” şirkətləridir.Forumda iştirak şirkətlər üçün qeydiyyatla, Oxu Günü-10 sərgisində iştirak isə sərbəstdir.
02.04.2024 36 Ətraflı
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırıldılar - Foto

II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırıldılar - Foto

Martın 3-də “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) əsas təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun (TİF) təşkilatçılığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və “ASAN Könüllülər” Təşkilatının dəstəyi ilə baş tutan II Kitabqurdu Payız Oxu Marafonunun mükafatlandırma mərasimi keçirilib.Anaib.az xəbər verir ki, görüş “Başkent” restoranında baş tutub.Tədbiri giriş nitqi ilə açan ANAİB-in katibi Nurman Tariq marafonun təşkilindəki məqsəddən danışıb. Bildirib ki, əsas məqsəd yerli yazıçıların təbliği, kitab bazarının dirçəldilməsi və mütaliəyə təşviqdir.Katib çıxışı zamanı qaliblərə təbriklərini çatdırıb, təşkilatçı və dəstəkçi qurumlara da təşəkkür etməyi unutmayıb.Münsiflər heyətinin üzvü və marafonun aparıcısı olan “Hədəf Nəşrləri”nin direktoru Nizami Hüseynov çıxışında qeyd edib ki, ötən marafonla müqayisədə bu marafonun sualları xeyli çətin olsa da, finalçılar öhdəsindən layiqincə gəliblər.Layihənin ideya müəllifi və rəhbəri, eyni zamanda, “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy başda qaliblər olmaqla bütün marafon iştirakçılarını təbrik edib. Prosesin görünməyən tərəfindən danışan layihə rəhbəri, növbəti marafonla bağlı müjdə də verib.Marafon müəlliflərindən olan Elçin Əzimli, Kənan Hacı və Elay iştirakçıları təbrik edib, onlara uğurlar diləyiblər.AGMA sədri Səkinə Həsənli, “ASAN Könüllülər” Təşkilatının sədr müavini Ayşən Camalova da öz növbələrində qalibləri təbrik edib, bu kimi marafon və yarışların təşkilində maraqlı olduqlarını, lazımınca dəstək verəcəklərini bildiriblər.Çıxışlardan sonra qaliblərə diplom və mükafatlar təqdim olunub:Ülviyyə İsrafilova – I yer – 3000 AZNAytən Məmmədova – II yer – 2000 AZNKəmalə Tağıyeva – III yer – 1000 AZNSonda marafon iştirakçıları tərəfindən ən çox bəyənilən “Çağrı” romanının müəllifi Elçin Əzimli xüsusi mükafatla təltif olunub.
07.03.2024 45 Ətraflı
Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...