Xəbərlər Şirin Kreydeh V Uşaq Kitab Festivalında seminar keçib
ETİKETLƏR
DİGƏR xəbərlər

Şirin Kreydeh V Uşaq Kitab Festivalında seminar keçib

Şirin Kreydeh V Uşaq Kitab Festivalında seminar keçib

V Uşaq Kitab Festivalı çərçivəsində “Müasir uşaq ədəbiyyatındakı tendensiyalar: Hans Xristian Andersen Mükafatından nümunələr” mövzusunda seminar təşkil olunub.

 

Seminarı festivalın fəxri qonağı, Hans Xristian Andersen Mükafatının Münsiflər Heyətinin prezidenti, naşir və nəşriyyat işi üzrə fəlsəfə doktoru Şirin Kreydeh aparıb.

Anaib.az xəbər verir ki, tədbirdə dünya uşaq ədəbiyyatında müasir janr istiqamətləri, nəşr prosesində tətbiq olunan yeniliklər, uşaq kitablarında mətn və illüstrasiyaların son illərdə keçdiyi inkişaf mərhələləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, müasir uşaq kitablarında istifadə olunan illüstrasiya üslubları, vizual elementlərin uşaqların dünyagörüşünə və estetik zövqünün formalaşmasına təsiri mövzuları ətrafında müzakirələr aparılıb.

Seminar zamanı mədəni irsin illüstrasiyalarda əks etdirilməsi və bu istiqamətdə beynəlxalq təcrübə nümunələri də iştirakçıların diqqətinə çatdırılıb.

Məlumatlandırıcı görüşdə Azərbaycan Nəşriyyatları Assosiasiyasının üzvü olan nəşriyyat nümayəndələri, uşaq yazıçıları, illüstratorlar, tərcüməçilər, ədəbiyyat təmsilçiləri və oxucular iştirak ediblər.

Sonda Şirin Kreydeh yerli naşirlərin, yazıçıların və illüstratorların suallarını cavablandırıb.

 

Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...