V Sumqayıt Kitab Sərgisi keçirilib
12.12.2025
ANAİB İdarə Heyətinin Sədri Şəmil Sadiq İstanbul TÜYAP sərgisində çıxış edib
13 dekabr tarixində İstanbulda TÜYAP kitab sərgisinin açılışı baş tutub.
Tədbirdə Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinin (ANAİB) sədri, yazıçı-publisist, dosent Şəmil Sadiq “Azərbaycan ədəbiyyatında ümumtürk ədəbi dili” mövzusunda çıxış edib. Mədəniyyət nazirliyinin dəvəti ilə sərgiyə qatılan Ş.Sadiq, həmçinin, Azərbaycan panelinin moderatoru olaraq spikerlər- Azərbaycan Yazıçılar Birliyinin Dünya Ədəbiyyatı jurnalının baş redaktoru Seyfəddin Hüseynli və Türkiyədəki Azərbaycan Mədəniyyət mərkəzinin rəhbəri Samir Abbasovla birgə Azərbaycan ədəbiyyatı haqqında müzakirələr aparıblar.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi tədbirdə ölkəmiz həmişəki kimi böyük bir stenlə təmsil olunur.
Tədbirə Azərbaycandan bir qrup naşir, yazıçı, şair, elm adamları dəvət ediliblər.
Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu da iştirakçılar sırasındadır.
Qeyd edək ki, sərgi 16 dekabr tarixinədək davam edəcək.