II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırıldılar - Foto

II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırıldılar - Foto

Ətraflı bax...
ANAİB-in yaradılması

ANAİB-in yaradılması

Ətraflı bax...
I LƏNKƏRAN KİTAB SƏRGİSİ KEÇİRİLİB

I LƏNKƏRAN KİTAB SƏRGİSİ KEÇİRİLİB

Ətraflı bax...
ANAİB MEDİA NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRDİ

ANAİB MEDİA NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRDİ

Ətraflı bax...
GƏNCƏDƏ MÖHTƏŞƏM KİTAB SƏRGİSİ KEÇİRİLİB

GƏNCƏDƏ MÖHTƏŞƏM KİTAB SƏRGİSİ KEÇİRİLİB

Ətraflı bax...

Xəbərlər

ANAİB məhkum qadınları mükafatlandırdı

ANAİB məhkum qadınları mükafatlandırdı

4 saylı cəzaçəkmə müəssisəsində Ədliyyə Nazirliyi Penitensiar Xidməti, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” (ANAİB) və “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” ictimai birliklərinin təşkilatçılığı, “Amal” xeyriyyə təşkilatının sponsorluğu ilə həyata keçirilən “V Kitabqurdu Qadın Məhkumların Oxu Marafonu”nun mükafatlandırma mərasimi keçirilib.Anaib.az xəbər verir ki, mükafatlandırma mərasimində ANAİB sədri Şəmil Sadiq, marafonun ideya müəllifi və rəhbəri Səbuhi Şahmursoy, “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri Firuzə İskəndərova, “Amal” xeyriyyə təşkilatının sədri Rüfət Mirzəyev, yazıçılar Varis, Rövşən Abdullaoğlu çıxış edib, layihənin əhəmiyyətindən söz açıblar. Çıxışçılar azadlıqdan məhrum edilmiş şəxslərin sosial adaptasiyasının və cəmiyyətə reinteqrasiyasının daha səmərəli təmin olunması baxımından bu kimi tədbirləri müsbət qiymətləndiriblər.Qeyd edək ki, final mərhələsində qaliblərin müəyyənləşdirilməsi üçün 5 ay ərzində 10 nəşriyyatın hər birindən 1 kitab olmaqla, 10 kitab oxuyan 83 qadın məhkum oxuduqları mövzularla bağlı hazırlanmış sualları cavablandırıblar.Yekunda ən yaxşı nəticə göstərənlər mükafatlandırılıblar. İlk dörd yeri tutmuş qadınların hər birinə müvafiq olaraq 1500, 1000, 500 və 300 manat məbləğində pul mükafatı təqdim edilib. Həmin vəsait ANAİB tərəfindən onların şəxsi hesablarına köçürülüb.
07.01.2025 47 Ətraflı
I Bakı Kitab Festivalı keçirildi

I Bakı Kitab Festivalı keçirildi

19 – 22 dekabr tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə ANAİB I Bakı Kitab Festivalı keçirilib.Anaib.az xəbər verir ki, festival Bakı Əl Oyunları Sarayında baş tutub.“Yeni ilə yeni kitablarla!” şüarı ilə keçirilən festivala ANAİB üzvü olan nəşriyyatlarla yanaşı, digər nəşriyyatlar da qatılıb, öz kitablarını təqdim ediblər.Açılış mərasimində ANAİB idarə heyətinin sədri Şəmil Sadiq, Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin Mədəniyyət komitəsi sədri Fazil Mustafa, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Əməkdar artist Rafiq Həşimov çıxış edərək bu kimi tədbirlərin vacibliyindən, Azərbaycan kitabçılığına verdiyi töhfələrdən danışıb, ənənə kimi formalaşmasının mühümlüyündən söz açıblar.Festival çərçivəsində ANAİB-in kitab sənayesinin inkişafı və təbliği ilə bağlı təsis etdiyi 3 mükafat sahibinə təqdim edilib.Azərbaycanda mütaliə mədəniyyətinin inkişafındakı xidmətlərinə görə verilən “Daş kitabə” mükafatı Fazil Mustafaya təqdim edilib.Ailə Qadın və Uşaq Problemləriüzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Təhsilin İnkişafı Fondu sədri Elnur Nəsibov, Mətbuat Şurasının sədri Rəşad Məcid və Əməkdar artist Rafiq Həşimov Kitabın səfiri nominasiyası ilə təltif olunublar.Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini Əkbər Qoşalı, “İnci” Şirkətlər Qrupunun idarə heyəti sədri Mikayıl Yusifov, Əməkdar jurnalistNüşabə Hüseynli, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Tahir Əliyev (Tahiroviç) və Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov isə ANAİB-in Fəxri üzvü nominasiyası ilə təltif ediliblər.Yeni il əhval-ruhiyyəsində baş tutan festivalda Azərbaycanda ilk dəfə Kitablı toy da baş tutub.Belə ki, aktyor, Hədəf Liseyinin müəllimi Cavad Nur və həyat yoldaşı Ləman Abdullayeva toylarının ilk hissəsini festivalda keçiriblər. Toyda dövlət rəsmiləri, naşirlər çıxış edib, cütlüyə xoşbəxtlik arzulayıb, qiymətli hədiyyələr veriblər.Festivalda minlərlə kitab 90 %-dək endirimlə təklif olunub, Şəmil Sadiq, Varis, Elxan Elatlı, Rövşən Abdullaoğlu, İlqar Kamil, Zahid Xəlil kimi tanınmış yazarların təqdimatları, imza mərasimləri, məşhurlarla görüşlər, şeir saatları, təlimlər, panel və müzakirələr, uşaqlar üçün nağıl saatları təşkil edilib.Son illərdə keçirilən sərgilərin formatına əlavə kimi festivalda yerli qəzet və jurnallar stendlə təmsil olunub.Dörd gün davam edən festival hər gün 10:00-dan 20:00-dək fəaliyyət göstərib.Festivalda 30-dan çox nəşriyyat iştirak edib. Qeyd edək ki, festivalın sponsorları “Halal Technologies and Solutions”, “AZSUR Group”, “iTech Group”, “Tuna” şirkətləri, media tərəfdaşları isə AzTV və “Elegant Media”dır.
23.12.2024 80 Ətraflı
Kitabçılığa töhfə verən ziyalılar mükafatlandırılacaqlar

Kitabçılığa töhfə verən ziyalılar mükafatlandırılacaqlar

Azərbaycan Nəşriyyatları Assosiasiyası kitab sənayesinin inkişafı və təbliği ilə bağlı 3 mükafat təsis edib.  Daş kitabə – Azərbaycanda mütaliə mədəniyyətinin inkişafındakı xidmətlərinə görə;Kitabın səfiri  – Azərbaycanda kitabçılıq işinin inkişafı və kitaba marağın artırılması istiqamətində ardıcıl fəaliyyətinə görə; ANAİB-in dostu – Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə keçirilən tədbirlərdə fəal iştirakına, maddi və mənəvi dəstəyinə görə.ANAİB sədri Şəmil Sadiqin sözlərinə görə, mükafat sahibləri hər ilin sonunda rəhbərlik etdiyi qurumun idarə heyəti tərəfindən müəyyənləşdirilərək sahiblərinə təqdim ediləcək. Sədr onu da bildirib ki, 2024-cü il üzrə mükafatın sahibləri artıq məlumdur. Mükafatlar öz sahiblərinə 19 – 22 dekabr tarixlərində keçiriləcək ANAİB I Bakı Kitab Festivalında təqdim olunacaq. Təqdimetmə mərasimi hər ilin sonunda ANAİB-in təşkil etdiyi Bakı Kitab Festivalında keçiriləcək. Mükafatlandırılanların siyahısını təqdim edirik:  “Daş kitabə” nominasiyasının qalibi:- Fazil Mustafa, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi sədri. Kitabın səfiri nominasiyası ilə təltif edilənlər:- Fərid Cəfərov, mədəniyyət nazirinin müavini;- Bahar Muradova, Ailə Qadın və Uşaq Problemləriüzrə Dövlət Komitəsinin sədri;- Elnur Nəsibov, Təhsilin İnkişafı Fondu sədri;- Rəşad Məcid, Mətbuat Şurasının sədri;- Rafiq Həşimov, Əməkdar artist. ANAİB-in Fəxri üzvü nominasiyası ilə təltif edilənlər:- Əkbər Qoşalı, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini;- Mikayıl Yusifov, “İnci” Şirkətlər Qrupunun idarə heyəti sədri;- Nüşabə Hüseynli, Əməkdar jurnalist;- Tahir Əliyev (Tahiroviç), Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi;-  Hüseyn Hüseynov, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru.
16.12.2024 122 Ətraflı
Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...

Warning: Version warning: Imagick was compiled against ImageMagick version 1692 but version 1693 is loaded. Imagick will run but may behave surprisingly in Unknown on line 0