Xəbərlər ANAİB İdarə Heyətinin yekun iclası keçirildi
ETİKETLƏR
DİGƏR xəbərlər

ANAİB İdarə Heyətinin yekun iclası keçirildi

ANAİB İdarə Heyətinin yekun iclası keçirildi

29 dekabr tarixində Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) İdarə Heyətinin 2025-ci il üzrə yekun iclası baş tutdu. İclas zamanı təşkilatın fəaliyyət istiqamətləri və qarşıdakı dövr üçün planlar ətraflı şəkildə müzakirə olundu.

Görüşdə növbəti il üçün illik sərgi planlanması, cari təşkilati məsələlər, eləcə də Mədəniyyət sahələri üzrə ümumi qrant müsabiqəsi çərçivəsində ANAİB tərəfindən təqdim edilmiş “Azərbaycan Ədəbiyyatı Beynəlxalq Arenada” adlı yeni layihə geniş müzakirə edildi. Layihənin məqsədi, hədəfləri və icra mexanizmləri barədə fikir mübadiləsi aparıldı.

İclasın gündəliyində, həmçinin ANAİB-ə yeni üzvlərin qəbul edilməsi məsələsi yer aldı və bu istiqamətdə müvafiq qərarlar qəbul olundu.

Sonda ümumi məsələlər ətrafında müzakirələr aparılaraq, ANAİB-in gələcək fəaliyyətinin daha səmərəli və sistemli şəkildə qurulması ilə bağlı təkliflər səsləndirildi.

Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...

Warning: Version warning: Imagick was compiled against ImageMagick version 1692 but version 1693 is loaded. Imagick will run but may behave surprisingly in Unknown on line 0