I Mingəçevir Kitab Sərgisi keçirildi
11.06.2025
IV Sumqayıt Kitab Sərgisi keçiriləcək
21.05.2025
ANAİB mövsümə yekun vurdu

İyunun 25-də “Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyi (ANAİB) idarə heyətinin 2025-ci ilin birinci yarımilinin yekunu ilə bağlı iclası keçirilib.
Anaib.az xəbər verir ki, ANAİB idarə heyətinin sədri Şəmil Sadiq iclasın planını təqdim edib, idarə heyətinin üzvü Şöhlət İxtiyaroğlu isə 2025-ci il ərzində keçirilmiş sərgilərlə bağlı ümumi hesabat verib.
Daha sonra görülən işlərə dair irad və təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb.
İdarə heyətinin sədr müavini Nurman Tariq sərgilərin təşkil olunması və tərtibatının düzgün qurulması haqqında danışıb. Məlum olub ki, Gəncə, Sumqayıt, Naxçıvan, Lənkəran və xüsusilə Bakı şəhərində keçirilən Uşaq Kitab Festivalı ən effektiv göstəricilərlə yadda qalıb.
Növbəti mövsümdə keçirilməsi planlaşdırılan Bilik (29 – 31 avqust), Gəncə (14 – 16 noyabr), eləcə də Sumqayıt (5 – 7 dekabr) sərgiləri ilə bağlı ilkin hazırlıq və təşkilati məsələlər də iclasın əsas mövzularından olub.
Müzakirə edilən məsələlərdən biri də “Zəfərin uşaqları” layihəsinin mövcud mərhələsi və ilkin analizləri olub. Layihə üzrə aparılan işlər barədə ANAİB idarə heyətinin üzvü Səbuhi Şahmursoy məlumat verib, bildirib ki, layihənin sərgi formatında icrası 24 – 26 oktyabra planlaşdırılır.
İclasda ANAİB-ə üzv olmaq istəyən nəşriyyatların da müraciətlərinə də baxılıb və “Logos” nəşriyyatının müraciətinə müsbət, “Çamlıca”, “Buta” nəşriyyatlarının müraciətinə isə mənfi cavab verilib.
Birliyin Təftiş komitəsinin üzvü Yusif İlhamoğlu əvvəlki sərgilər zamanı qeydə alınmış bəzi qayda pozuntularından danışıb, bu halların təkrarlanmaması üçün konkret təkliflər irəli sürüb.
İclas müzakirələrlə davam edib.