ANAİB məhkum qadınları mükafatlandırdı
07.01.2025
I Bakı Kitab Festivalı keçirildi
23.12.2024
I Bakı Kitab Festivalı keçiriləcək
11.12.2024
III Gəncə Kitab Sərgisi keçirildi
11.12.2024
I LƏNKƏRAN KİTAB SƏRGİSİ KEÇİRİLİB
I Lənkəran Kitab Sərgisi anşlaqla yadda qaldı
10-12 mart tarixlərində Azərbaycan Nəşriyyatları Assosiasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Lənkəran şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilati dəstəyilə I Lənkəran Kitab Sərgisi həyata keçirilib.
Anaib.az xəbər verir ki, ölkənin aparıcı nəşriyyatlarının iştirakı ilə baş tutan sərginin açılışında ANAİB-in idarə heyətinin sədri Şəmil Sadiq, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov və sərginin İşçi qrupunun rəhbəri Şöhlət İxtiyaroğlu çıxış ediblər.
Sərgidə möhtəşəm proqram və çoxçeşidli kitabların satışı, nümayişi, eləcə də müxtəlif endirim kampaniyaları həyata keçirilib.
Kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar keçirilib.
Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində keçirilən üç günlük sərgi anşlaqla yadda qalıb.
Oxucular sərgi çərçivəsində yazıçılar Elxan Elatlı, Rövşən Abdullaoğlu, qiraətçi Xəzər Süleymanlı, fotoqraf Vaqif Cabbarov, filosof Mail Yaqub, təlimçi Arzu Paşazadə, eləcə də digər tanınmışlarla görüş imkanı əldə ediblər.