Xəbərlər V Sumqayıt Kitab Sərgisi keçirilib
ETİKETLƏR
DİGƏR xəbərlər

V Sumqayıt Kitab Sərgisi keçirilib

V Sumqayıt Kitab Sərgisi  keçirilib

5–7 dekabr tarixlərində Sumqayıtda yerləşən Kimyaçı Mədəniyyət Sarayında V Sumqayıt Kitab Sərgisi keçirilib. Sərgi “Azərbaycan Nəşriyyatları Assosiasiyası”nın təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.

Sərgidə 30-dan çox nəşriyyat, 40-a yaxın yazıçı iştirak edirb.

Sərginin sponsorları BP və tərəfdaşları, eləcə də Sufle Şirniyyat Evidir.

Açılış mərasimində Azərbaycan Nəşriyyatları Assosiasiyası idarə heyətinin sədri Şəmil Sadiq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin kitab sənayesi şöbəsinin rəhbəri Vasif Qurbanzadə, millət vəkili Mehriban Vəliyeva, Qazaxıstanda yerləşən Turan Akademiyasının prezidenti, professor Rahman Alşanov, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt filialının Poeziya bölməsinin rəhbəri İbrahim İlyaslı və Azərbaycan Prezidentinin rəsmi təqaüdçüsü şair, əməkdar müəllim Ofeliya Babayeva çıxış edib.

Sərgi çərçivəsində V Kitabqurdu Sumqayıt Məktəblilərinin Oxu Marafonunun mükafatlandırılma mərasimi keçirilib. Mərasimdə Kitabqurdu Marafonu layihəsinin rəhbəri, "XAN Nəşriyyatı"nın direktoru Səbuhi Şahmursoy, marafonun sponsoru AMAL Xeyriyyə Cəmiyyətinin rəhbəri Rüfət Mirzəyev çıxış edib. Mərasimdə imtahanda ən çox bal toplayan məktəblilər mükafatlandırılıblar. I yeri Yusifzadə Leyla Müşfiq qızı, II yeri Babayev Fərid Elnur oğlu, III yerləri Məmmədov Möhsin İsmayıl oğlu, Cavadzadə Kürşən Tural qızı, Rəhimli Söhbət Beyrək oğlu qazanıblar.

Birinci yerin qalibi 1000 azn, ikinci yerin qalibi 500 azn və üçüncü yerlərin qalibləri hər biri 100 azn dəyərində mükafatlandırılıblar.

Digər 8 nəfər isə sertifikat və hədiyyələrlə təltif olunublar.

Sərgi müddətində müxtəlif yazıçılarla imza mərasimləri, o cümlədən Varis Yolçuyev, İradə Qədirova, Reyhan Yusifqızı, Aytac Qəmbərova, Elxan Elatlı, Müşfiq Ötkün, Rövşən Abdullaoğlu, Aysel Rəsulzadə, İlqar Kamil və Nəzrin Şirinzadə ilə görüş keçirilib.

Ümumilikdə sərgiyə 20.000-dən çox ziyarətçi gəlib.

Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...

Warning: Version warning: Imagick was compiled against ImageMagick version 1692 but version 1693 is loaded. Imagick will run but may behave surprisingly in Unknown on line 0