Xəbərlər Veysəl Məmmədov Malayziyada keçirilən Beynəlxalq Kitab Sərgisində Azərbaycan Nəşriyyatlar Assosiasiyasını təmsil edib
ETİKETLƏR
DİGƏR xəbərlər

Veysəl Məmmədov Malayziyada keçirilən Beynəlxalq Kitab Sərgisində Azərbaycan Nəşriyyatlar Assosiasiyasını təmsil edib

Veysəl Məmmədov Malayziyada keçirilən Beynəlxalq Kitab Sərgisində Azərbaycan Nəşriyyatlar Assosiasiyasını təmsil edib

Bu yaxınlarda Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin üzvü, həmçinin “Libra Kitab” nəşriyyatının direktoru Veysəl Məmmədov Malayziyanın Selangor şəhərində Selangor Mərkəzi Kitabxanasının dəvəti ilə keçirilən kitab sərgisi və nəşriyyatların görüşündə iştirak edib. O, Azərbaycan Mədəniyyət Nazirliyinin tövsiyəsi ilə tədbirə Azərbaycan naşirlərini təmsil etmək məqsədilə dəvət olunub.

Səfər çərçivəsində ilk olaraq Selangor Mərkəzi Kitabxanası ilə tanışlıq baş tutub.       Veysəl Məmmədov bildirib ki, təxminən 2 milyon üzvü olan kitabxana oxucuların fəallığı ilə seçilir. Burada müasir infrastruktura malik oxu zalları, uşaq oyun sahələri, idman zalı və digər sosial məkanlar fəaliyyət göstərir. Kitabxananın xidmətləri pulsuzdur və məkanda səliqə, təmizlik və sükut xüsusi diqqət çəkir.

Daha sonra Veysəl Məmmədov kitab sərgisində iştirak edib. Sərginin ilk günündə o, “Asiyada və yaxın ərazilərdə nəşriyyat, bazar trendləri, oxucu davranışının dəyişməsi və yeni imkanlar” mövzusunda paneldə çıxış edib, iştirakçıların suallarını cavablandıraraq Azərbaycanın kitab bazarı və nəşriyyat fəaliyyəti haqqında ətraflı məlumat verib.

Sərginin rəsmi açılış mərasimində Selangor sultanı Sharafuddin Idris Shah Alhaj da iştirak edib və qonaqlarla fərdi görüşlər keçirilib. Həmçinin sərginin təşkilatçısı, Selangor Mərkəzi Kitabxanasının rəhbəri Datin Paduka Mastura Hj Muhamad ilə səmərəli görüş baş tutub və Azərbaycandan aparılmış xatirə hədiyyələri təqdim olunub.

Tədbirə Azərbaycan Respublikasının Malayziyadakı səfirliyi də dəvət edilib. Sərgi çərçivəsində Azərbaycanın Malayziyadakı səfiri İrfan bəy və səfirliyin birinci katibi Şəbnəm xanım ilə görüşlər keçirilib.

On minlərlə ziyarətçinin qatıldığı sərgi müddətində iştirakçılar Azərbaycan haqqında məlumatlandırılıb, tədbir məkanında ölkəmizin bayrağı nümayiş etdirilib. Bu səfər Veysəl Məmmədov üçün həm peşəkar baxımdan faydalı, həm də Azərbaycanı beynəlxalq platformada təmsil etmək baxımından qürurverici olub.

Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...

Warning: Version warning: Imagick was compiled against ImageMagick version 1692 but version 1693 is loaded. Imagick will run but may behave surprisingly in Unknown on line 0