Xəbərlər “Zəfərin Uşaqları ilə Oxu Marafonu” layihəsi imtahan mərhələsinə yetişdi!
ETİKETLƏR
DİGƏR xəbərlər

“Zəfərin Uşaqları ilə Oxu Marafonu” layihəsi imtahan mərhələsinə yetişdi!

“Zəfərin Uşaqları ilə Oxu Marafonu” layihəsi imtahan mərhələsinə yetişdi!

Azərbaycan Nəşriyyatları Assosiasiyasının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Zəfərin Uşaqları ilə Oxu Marafonu – Şimal bölgəsi məktəblilərinin mütaliə yarışı” layihəsi özünün həyəcan dolu final mərhələsinə çatıb.

Anaib.az xəbər verir ki, layihə çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarında keçirilən təqdimatlar, mütaliə görüşləri və yarış mərhələləri uğurla başa çatıb. Artıq şagirdlər oxuduqları əsərlər üzrə biliklərini sınaqdan keçirdikləri imtahan mərhələsində iştirak ediblər.

İmtahan mərhələsi 19 oktyabr saat 12:00-da Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində keçirilib. Yarışda 6 məktəbdən 50 nəfər olmaqla ümumilikdə 300 şagird iştirak edib.

Prosesdə Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri, həmçinin Hədəf Şirkətlər Qrupunun qurucu direktoru Şəmil Sadiq, “XAN Nəşriyyatı"nın direktoru Səbuhi Şahmursoy, “Qədim Qala” Nəşriyyatının direktoru Şöhlət İxtiyaroğlu və ANAİB-ə üzv olan nəşriyyatların nümayəndələri iştirak edərək şagirdləri məlumatlandırıblar və layihənin gedişini izləyiblər. İmtahan sualları dərsliklər müəllifi Nizami Hüseynov tərəfindən tərtib olunub.

Bundan əlavə, Quba şəhərində layihəyə dəstək göstərən təşkilatların təmsilçiləri də imtahan prosesində iştirak ediblər.

Müsabiqənin nəticələrinə əsasən, birinci yerin qalibinə 1000 manat, ikinci yerin qalibinə 500 manat, üçüncü yerin qalibinə isə 300 manat mükafat veriləcək. İlk 10-luğa daxil olan məktəblilər isə xüsusi hədiyyələrlə təltif olunacaqlar.

Layihənin mükafatlandırma mərasimi yaxın günlərdə baş tutacaq I Quba Kitab Sərgisi çərçivəsində keçiriləcək.

Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...

Warning: Version warning: Imagick was compiled against ImageMagick version 1692 but version 1693 is loaded. Imagick will run but may behave surprisingly in Unknown on line 0