Xəbərlər “ZƏFƏRİN UŞAQLARI” MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILDILAR
ETİKETLƏR
DİGƏR xəbərlər

“ZƏFƏRİN UŞAQLARI” MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILDILAR

“ZƏFƏRİN UŞAQLARI” MÜSABİQƏSİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILDILAR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) birgə layihəsi, “XAN Nəşriyyatı”, eləcə də “Audiokitab”ın əsas tərəfdaşlığı, “Hədəf Şirkətlər Qrupu” MMC-nin baş sponsorluğu ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyi və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunan “Zəfərin uşaqları” adlı hekayə müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

ANAİB xəbər verir ki, qaliblərin mükafatlandırma mərasimi iyunun 2-də XI ANAİB Kitab Sərgisində (II Xırdalan Kitab Sərgisi) keçirilib.

Mükafatlandırılma mərasimində ilk onluğa düşmüş hekayə müəllifləri, münsiflər heyətinin üzvləri, müsabiqənin kuratoru, tərəfdaş qurumların nümayəndələri, eləcə də media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

ANAİB idarə heyəti və müsabiqənin münsiflər heyətinin sədri Şəmil Sadiq qalbiləri təbrik edib və bu kimi müsabiqələrin vacibliyindən söz açıb. Vurğulayıb ki, belə müsabiqələrin keçirilməsi ədəbi mühitin canlanması, yeni imzaların meydana çıxması, tanınması baxımından mütləqdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva da təbriklərə qoşulub. Uşaq hüquqları ilə bağlı addımların təqdirəlayiq olduğunu dilə gətirən sədr müavini müsabiqədə əməyi olan şəxslərə təşəkkürünü çatdırıb.

Müsabiqənin kuratoru, “XAN Nəşriyyatı”nın baş redaktoru Cavid Qədir müsabiqənin təşkilindən qarşıya çıxan çətinliklərdən, ümumilikdə prosesin gedişatından söz açıb. Bildirib ki, müsabiqələrin uğurlu olmasının ən əsas göstəricilərindən biri də şəffaflığın təmin edilməsidir.

Münsiflər heyətinin üzvlərindən Mübariz Yunus, Fatimə Alxaz, Veysəl Məmmədov çıxış edərək hekayələrin qiymətləndirilmə meyarlarından danışıblar. Bildiriblər ki, belə müsabiqələr davaml keçirilməlidir.

Sonda müsabiqənin qaliblərin mükafatlandırılma mərasimi keçirilib. Elay İsmayılov birinci, Sevinc Elsevər ikinci, Aqil Kərimli üçüncü olub. Onlar müvafiq olaraq 1000, 500, 300 manat pul, birinci, ikinci və üçüncü dərəcəli diplomla mükafatlandırılıblar. Onluğa düşən digər iştirakçılar isə sertifikat və ANAİB tərəfindən təqdim olunan hədiyyə paketi qazanıblar.

Ümumi ardıcıllıq belədir:

  1. Elay İsmayılov, “Dörd balaca nəhəng və Elxan” 24,71 bal
  2. Sevinc Elsevər, “Tamara, Tamara, tat qızı…” 24 bal
  3. Aqil Kərimli, “Tütək səsi” 20,28 bal
  4. Vidadi Vaqifoğlu, “Göy, qırmızı, yaşıl velosiped” 19,28 bal
  5. Xatirə Kərimova, “Həsəd” 18,71 bal
  6. Nahid Hacıyev, “Səs oğruları” 18,71 bal
  7. Nuranə Abbasova, “Pəncərədə donan gözlər” 18,42 bal
  8. Mirvari Ağakişiyeva “Ağ vərəq” 18,28 bal
  9. Mülayim Hümmətova, “Esse yazısı” 18 bal
  10. Sülhiyyə Şirinova, “Yaşanmayan uşaqlıq” 15,28 bal

Qeyd edək ki, müsabiqənin təşkilində əsas məqsəd uşaq hüquqlarının qorunmasını ədəbiyyat mövzusuna çevirməklə ictimaiyyətə bədii formada çatdırılması, özündə gender bərabərliyinə əsaslanan sosial məsuliyyəti, uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, hüquqlarının müdafiəsi barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi, yaradıcılıq potensialı olanları müsabiqəyə cəlb etməklə yeni hekayələrin yazılmasına stimul verilməsidir.

Müsabiqə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur və Ulu öndər Heydər Əliyevin Azərbaycanda uşaq hüquq və azadlığına dair yürütdüyü uğurlu siyasətin davamını ifadə edir.

Hekayələr peşəkar ədəbiyyatçı və sosioloqlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Münsiflərdən ən çox bal almış ilk 10 hekayə kitab şəklində nəşr ediləcək (ilk 10 yeri qazanmış hekayənin nəşr və yayım hüququ yalnız “XAN Nəşriyyatı”na məxsus olacaq). Bundan başqa hekayələr “Auidokitab” tərəfindən səsləndirilib platformanın tətbiqinə yerləşdiriləcək.

Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...

Warning: Version warning: Imagick was compiled against ImageMagick version 1692 but version 1693 is loaded. Imagick will run but may behave surprisingly in Unknown on line 0