Xəbərlər Aprelin 25-26-da Bakıxanov qəsəbəsində yerləşən Heydər Əliyev Parkında “Oxu Günü – 11 Kitab Festivalı” keçirilib.
ETİKETLƏR
DİGƏR xəbərlər

Aprelin 25-26-da Bakıxanov qəsəbəsində yerləşən Heydər Əliyev Parkında “Oxu Günü – 11 Kitab Festivalı” keçirilib.

Aprelin 25-26-da Bakıxanov qəsəbəsində yerləşən Heydər Əliyev Parkında “Oxu Günü – 11 Kitab Festivalı” keçirilib.

"ANAİB.az" xəbər verir ki, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, Sabunçu Rayon İcra Hakimiyyəti və Hədəf Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə reallaşan festival artıq ölkənin ənənəvi və genişmiqyaslı mədəni tədbirlərindən birinə çevrilib.

Təntənəli açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edilib.

“Atəşgah” milli rəqs qrupunun təqdim etdiyi “Cəngi” rəqsi və Hədəf Liseyinin şagirdlərinin təqdim etdiyi pantomim səhnəcik iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, “Oxu Günü” layihəsinin ideya müəllifi Şəmil Sadiq, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Fazil Mustafa, Ceyhun Məmmədov, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə, Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçuyev və Türk dünyasının tanınmış şairi Rüstəm Behrudi festivalın əhəmiyyətindən, ölkədə kitab mədəniyyətinin inkişafının vacibliyindən və mütaliənin cəmiyyətin intellektual və mənəvi inkişafındakı rolundan danışıblar.

Çıxışlarda vurğulanıb ki, “Oxu Günü” layihəsi təkcə kitab sərgisi deyil, eyni zamanda cəmiyyətin müxtəlif təbəqələrini bir araya gətirən, oxu mədəniyyətini təşviq edən və gənclərin dünyagörüşünün formalaşmasına xidmət edən mühüm platformadır.


Açılış mərasiminin ən yaddaqalan məqamlarından biri illərdir davam edən və artıq ənənə halını alan “Gəlin birgə oxuyaq!” fləşmobu olub. Fləşmob çərçivəsində festival iştirakçıları eyni anda kitab oxuyaraq mütaliənin birləşdirici gücünü və kitabın cəmiyyət həyatındakı rolunu nümayiş etdiriblər. Tədbirin davamında iştirakçılar oxuduqları kitablarla selfi çəkərək “OxuGünü” və “Gəlinbirgəoxuyaq” həştəqləri ilə sosial şəbəkələrdə paylaşımlar ediblər.

Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...