ANAİB İdarə Heyətinin yekun iclası keçirildi
30.12.2025
V Sumqayıt Kitab Sərgisi keçirilib
12.12.2025
Bu gün BMT-nin WUF-13 (World Urban Forum – Dünya Şəhərləşmə Forumu) çərçivəsində ilk tədbir baş tutdu.
Azərbaycan Nəşriyyatlar Assosiasiyasının (ANAİB) üzvü olan Landau Nəşriyyat evinin direktoru Orxan Bəy-ov və XAN Nəşriyyatının direktoru Səbuhi Şahmursoy tədbirdə iştirak ediblər.
Səbuhi Şahmursoy forumla bağlı təəssüratlarını bölüşərək qeyd edib ki, WUF beynəlxalq nüfuzuna və miqyasına görə COP-29 kimi qlobal əhəmiyyətli platformalardan biridir. Dünya Şəhərləşmə Forumu bu günədək müxtəlif ölkələrdə 12 dəfə təşkil olunub və builki — 13-cü forumun ev sahibliyi Azərbaycana həvalə edilib.
O bildirib ki, bu ilin “Şəhərsalma və Memarlıq ili” elan olunması da forumun konsepsiyası ilə uyğunluq təşkil edir.
Səbuhi Şahmursoy vurğulayıb ki, 17–22 may tarixlərində dünyanın müxtəlif ölkələrindən nümayəndələr yenidən Bakıda bir araya gələcək. Forum çərçivəsində geniş və möhtəşəm tədbirlər proqramı nəzərdə tutulub. Tədbirin əsas hissəsi COP təcrübəsində olduğu kimi Bakı Olimpiya Stadionunda keçiriləcək.