IV Sumqayıt Kitab Sərgisi keçiriləcək
21.05.2025
I Mingəçevir Kitab Sərgisi keçirildi

31 may – 1 iyun tarixlərində Azərbaycan Nəşriyyatlar Assosiasiyasının (ANAİB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Mingəçevir Şəhər Bələdiyyəsinin və Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə I Mingəçevir Kitab Sərgisi keçirilib.
Anaib.az xəbər verir ki, sərgidə endirimli kitab satışı ilə yanaşı, yazıçılarla görüş, imza saatları, panellər, nağıl saatları və musiqi proqramı da təşkil olunub.
25-dən çox nəşriyyat, 60-a yaxın ədib və ziyalının iştirak etdiyi sərgi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
Mingəçevir şəhər bulvarında baş tutan bayram əhvali-ruhiyyəli sərgidə minlərlə kitab 90 %-dək endirimlə təklif olunub.
Sərginin açılış mərasimində ANAİB idarə heyətinin sədri Şəmil Sadiq, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov çıxış edib, bu kimi tədbirlərin önəmindən söz açıblar.
Sərgidə deputat Ceyhun Məmmədov, yazıçılar İradə Qədirova, Elgüsel, Şəfa Vəli, Ceyhun Salmanov və təlimçi Orxan Şahbaz da iştirak ediblər. müxtəlif panellər, təqdimatlar, imza günləri, və musiqili proqram təşkil olunub.