Xəbərlər “Libra Kitab” nəşriyyatının əməkdaşı Boqota Beynəlxalq Kitab Sərgisində
ETİKETLƏR
DİGƏR xəbərlər

“Libra Kitab” nəşriyyatının əməkdaşı Boqota Beynəlxalq Kitab Sərgisində

“Libra Kitab” nəşriyyatının əməkdaşı  Boqota Beynəlxalq Kitab Sərgisində

“Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyinin (ANAİB) üzvü “Libra Kitab” nəşriyyatının əməkdaşı Niyazi Xıdırov Kolumbiyada keçirilən Boqota Beynəlxalq Kitab Sərgisində iştirak edib.

ANAİB-dən verilən məlumata görə, N.Xıdırov sərgi çərçivəsində Braziliyanın Nəşriyyatlar Birliyinin nümayəndəsi ilə görüşüb. Görüş zamanı ANAİB-lə qarşılıqlı əməkdaşlıq məsələsi müzakirə olundu. Hər iki birliyin nümayəndələrinin növbəti beynəlxalq sərgidə görüşü planlaşdırılıb.

Bundan başqa, “Penguin Random House”un Latın Amerika şöbəsi Boqota Kitab Sərgisi iştirakçılarını ofisə dəvət edib, yerli yazıçıların əsərləri ilə tanış olmalıarına şərait yaradıb.

Kolumbiya və ispandilli ölkələrin ən böyük nəşriyyat qrupu olan “Editorial Planeta” isə sərgi iştirtakçıları üçün şam yeməyi təşkil edib.

Şam yeməyinə İspaniya, İtaliya, Türkiyə, Almaniyadan da naşirlər, redaktorlar, agentlər qatılıblar.

Əlavə məlumat üçün qeyd edək ki, bu sərgiyə ilk dəfədir, Azərbaycan nəşriyyatı qatılıb.

1998-ci ildən bəri keçirilən Boqota Beynəlxalq Kitab Sərgisi Latın Amerikası ölkələrinin ən prestijli mədəni tədbiridir. Builki sərginin 7 fəxri qonağından 1-i “Libra Kitab” nəşriyyatı olub. 


Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...

Warning: Version warning: Imagick was compiled against ImageMagick version 1692 but version 1693 is loaded. Imagick will run but may behave surprisingly in Unknown on line 0