Xəbərlər “Qədim Qala” nəşriyyatı Doha Beynəlxalq Kitab Sərgisində
ETİKETLƏR
DİGƏR xəbərlər

“Qədim Qala” nəşriyyatı Doha Beynəlxalq Kitab Sərgisində

“Qədim Qala” nəşriyyatı Doha Beynəlxalq Kitab Sərgisində

“Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyinin (ANAİB) üzvü olan “Qədim Qala” nəşriyyatının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Elnarə Əliyeva Doha Beynəlxalq Kitab Sərgisində iştirak edib.

ANAİB-dən verilən məlumata görə, Elnarə Əliyeva sərgi çərçivəsində müxtəlif tədbirlərə qatılıb, beynəlxalq əlaqələri daha da inkişaf etdirmək üçün çoxsaylı görüşlər keçirilib.

Qeyd edək ki, Doha Beynəlxalq Kitab Sərgisi Körfəz regionun ən köklü tarixə malik, ən böyük beynəlxalq kitab sərgilərindəndir.

Yarmarka ilk dəfə 1972-ci ildə “Dar Al Kutub Al Qatariya” rəhbərliyi altında fəaliyyətə başlayıb. Adətən iki ildən bir keçirilən sərgi 2002-ci ildən etibarən illik tədbirə çevrilib. İlk yarmarkada 20-dən çox nəşriyyat evi iştirak edib. Bu il isə 50-dən çox ölkəni təmsil edən 500 nəşriyyatın iştirakı ilə baş tutub.

Əlavə məlumat üçün bildfirək ki, Doha Beynəlxalq Kitab Sərgisində seminarlar, mühazirələr, və s. kimi çoxsaylı mədəni tədbirlər keçirilir. Yarmarka Doha Sərgi və Konqres Mərkəzində təşkil olunub.


Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...

Warning: Version warning: Imagick was compiled against ImageMagick version 1692 but version 1693 is loaded. Imagick will run but may behave surprisingly in Unknown on line 0