ANAİB dövlət qeydiyyatına alındı
04.11.2024
UŞAQ VƏ TƏDRİS ƏDƏBİYYATI İLƏ BAĞLI SEMİNAR KEÇİRİLƏCƏK
Aprelin 10-u saat 13:00-da II Uşaq Kitab Festivalı çərçivəsində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə “Azərbaycanda uşaq və tədris ədəbiyyatı: reallıq və perspektivlər” adlı elmi-praktik seminar keçiriləcək.
ANAİB xəbər verir ki, elmi-praktik seminarın keçirilməsində məqsəd Azərbaycan uşaq və tədris ədəbiyyatının problem və perspektivlərini müzakirə etmək, həll yolları ilə bağlı təklifləri dinləməkdir.
Elmi-praktik konfransın məruzəçiləri və çıxış edəcəkləri mövzular aşağıdakılardır:
– ANAİB-in sədri Şəmil Sadiq – “Uşaq ədəbiyyatının bugünkü vəziyyəti”;
– Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu – “Dərslik mətnləri. Oxuyub, anlamaq”;
– Yazıçı Zahid Xəlil – “Uşaq ədəbiyyatında klassizm ənənələri”;
– “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov – “Azərbaycanda uşaq kitabları beynəlxalq təcrübə kontekstində”;
– Nizami adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri Elnarə Akimova – “Tədris vəsaitlərində uşaq ədəbiyyatının yeri və rolu”;
– “Şərq-Qərb” nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlı – “Uşaq ədəbiyyatının nəşrində və inkişafında dövlətin rolu”.
Qeyd edək ki, seminar Bakı İdman Sarayının konfrans zalında baş tutacaq.