ANAİB dövlət qeydiyyatına alındı
04.11.2024
ANAİB dövlət qeydiyyatına alındı
04.11.2024
Təhsilin İnkişafı Fondu və Azərbaycan Nəşriyyatlar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Kitabqurdu” I Yay Oxu Marafonu çərçivəsində 100-dən çox şagirdin, onların valideynlərinin, eləcə də, sakinlərin iştirakı ilə Azərbaycanda ilk dəfə “Buknik” layihəsi həyata keçirilib.
ANAIB.az xəbər verir ki, əvvəlcə komandalar şəklində parkın girişində toplanan uşaqlar arasında tanışlıq yaradılıb. Daha sonra oyun məkanında komandalar arasında müxtəlif yarışlar keçirilib. Qalib komandalara kitab hədiyyələri verilib.
Komandalar parkın müxtəlif nöqtələrində onları gözləyən yazıçılarla görüşüb, kitablarını imzalatdırıb. yeni kitablar haqqında məlumat alıblar.
Qeyd edək ki, marafona 12-16 yaşlı uşaqlar qoşula bilər. Daha az yaşı olan uşaqların valideynin tövsiyəsi və nəzarəti ilə marafona qoşulması arzuolunandır. Kitablar 12-16 yaşlı uşaqlar üçün nəzərdə tutulub.
İştirakçı marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdır. Səhifədə kitablar, eləcə də imtahan mərhələsi ilə bağlı məlumatlar paylaşılacaq.
İştirakçı sentyabrın 26-dək seçilmiş 7 kitabı oxumalıdır.
Qiymətləndirmə iki mərhələdən ibarət olacaq. Suallar iştirakçıların mütaliə etdiyi 7 kitab əsasında hazırlanacaq.
Birinci mərhələ onlayn, “Kahoot” proqramı vasitəsilə həyata keçiriləcək. Bu mərhələdə iştirakçıya internetə qoşulan iki telefon, yaxud kompüter lazım olacaq. Bu mərhələdə ən yüksək göstəriciyə malik on nəfər final turuna keçəcək.
İkinci – final mərhələsi təyin olunmuş studiyada on nəfər arasında baş tutacaq.
Birinci yeri tutan iştirakçıya 1000, ikinci yeri tutan iştirakçıya 500, üçüncü yeri tutan iştirakçıya isə 300 AZN mükafat, digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikaflar veriləcək.
Seçilmiş 7 kitabın siyahısı aşağıdakı kimidir: