Mətbuatda biz UŞAQ VƏ TƏDRİS ƏDƏBİYYATI İLƏ BAĞLI SEMİNAR KEÇİRİLƏCƏK
Digər xəbərlər

UŞAQ VƏ TƏDRİS ƏDƏBİYYATI İLƏ BAĞLI SEMİNAR KEÇİRİLƏCƏK

UŞAQ VƏ TƏDRİS ƏDƏBİYYATI İLƏ BAĞLI SEMİNAR KEÇİRİLƏCƏK

Aprelin 10-u saat 13:00-da II Uşaq Kitab Festivalı çərçivəsində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə “Azərbaycanda uşaq və tədris ədəbiyyatı: reallıq və perspektivlər” adlı elmi-praktik seminar keçiriləcək.

ANAİB xəbər verir ki, elmi-praktik seminarın keçirilməsində məqsəd Azərbaycan uşaq və tədris ədəbiyyatının problem və perspektivlərini müzakirə etmək, həll yolları ilə bağlı təklifləri dinləməkdir.

Elmi-praktik konfransın məruzəçiləri və çıxış edəcəkləri mövzular aşağıdakılardır:

– ANAİB-in sədri Şəmil Sadiq – “Uşaq ədəbiyyatının bugünkü vəziyyəti”;

– Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu – “Dərslik mətnləri. Oxuyub, anlamaq”;

– Yazıçı Zahid Xəlil – “Uşaq ədəbiyyatında klassizm ənənələri”;

– “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov – “Azərbaycanda uşaq kitabları beynəlxalq təcrübə kontekstində”;

– Nizami adına Ədəbiyyat İnstitutunun “Uşaq ədəbiyyatı” şöbəsinin müdiri Elnarə Akimova – “Tədris vəsaitlərində uşaq ədəbiyyatının yeri və rolu”;

– “Şərq-Qərb” nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlı – “Uşaq ədəbiyyatının nəşrində və inkişafında dövlətin rolu”.

Qeyd edək ki, seminar Bakı İdman Sarayının konfrans zalında baş tutacaq.

Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...