Ana Səhifə
Mətbuatda Biz
MƏTBUATDA BİZ
“Çağdaş ədəbiyyatımızda dil və üslub” adlı elmi-praktik seminar
“Çağdaş ədəbiyyatımızda dil və üslub” adlı seminar keçirilib.Mayın 19-u Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi (ANAİB), AMEA Nizami adına Ədəbiyyat İnstitutu və Nəsimi adına Dilçilik İnstitutunun birgə təşkilatçılığı ilə “Çağdaş ədəbiyyatımızda dil və üslub” adlı elmi-praktik seminar keçirilib. ANAİB.az xəbər verir ki, seminarı Ədəbiyyat İnstitunun direktoru, akademik İsa Həbibbəyli açıb. Akademik çıxışında çağdaş ədəbiyyatın, eləcə də nəşriyyatların qarşılaşdıqları əsas problemlərdən, kitabçılıqdakı çatışmazlıqlardan, eyni zamanda müsbət tendensiyalardan söz açıb. ANAİB idarə heyətinin sədri, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq çıxışında seminarda toxunulacaq mövzular barədə məlumat verib, ədəbiyyatşünaslığın, dilçiliyin qarşısında dayanan vacib problemlərdən və onların həlli yollarından danışıb. Daha sonra “Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov “Dil qaydaları və yazı praktikası: ziddiyyətli məqamlar”, şair, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin əməkdaşı Etimad Başkeçid “Tərcümənin əbədi dilemması: orijinala sadiqlik, yoxsa mətnin oxunaqlığı?”, ədəbiyyatşünas, “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Seyfəddin Hüseynli “Çağdaş kitabçılıqda və ədəbi nəşrlərdə redaktə məsələləri” adlı məruzələrini təqdim edib, qoyduqları problemlərdən çıxış yollarını göstəriblər. Tədbir sual-cavab və müzakirə formatında davam edib. İşıqlandıran saytlar: 525-ci qəzet, Sabahinfo.az, Kulis.az, Ceylanmumoğlu.com, Edebiyyatqazeti.az, Hedefnesrleri.az, Sia.az, Avanqard.net, Kultur.az.
23.05.2022
Admin
Sumqayıtda kitab bayramı 30-31 oktyabr tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrında “I Sumqayıt Kitab Sərgisi” (ANAİB-2021) təşkil olunub. Sərgidə ölkənin 20-dən artıq tanınmış nəşriyyat və 20000-dən çox insan iştirak edib. Sərgidə bütün nəşriyyatlar tərəfindən kitablara 50%-dək endirim tətbiq olunub.Eyni zamanda sərgi müddətində məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza günləri və şeir gecələrinin keçirilib. Sərgi saat 10:00-dan 19:00-dək davam edəcək.
30.10.2021
Admin
Azərbaycanda kitab sektorunun dünya standartlarına cavab verən səviyyəyə çatması, yazıçı-naşir-kitab satış şəbəkəsi və oxucu münasibətlərində ardıcıllığa nail olunması, ümumilikdə nəşriyyatçılıq etikasının formalaşması, müəlliflik hüququ məsələləri, habelə beynəlxalq kitab şəbəkəsinə qoşulmaq üçün yerli nəşriyyatların birlikdə fəaliyyət göstərməsinə ehtiyac yaratmışdır. Bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən bir qrup nəşriyyat sahibi “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) yaradılması ilə bağlı təsis toplantısını keçirmişdir. İdarə Heyətinin yekdil qərarı ilə 18 yanvar 2021-ci il tarixli iclasda “Hədəf” Qrupun baş direktoru Şəmil Sadiq ANAİB-in sədri, Parlaq İmzalar nəşriyyatının direktoru Nurman Tariq isə sədrin müavini seçilmişdir.
17.05.2021
Admin