Ana Səhifə
Xəbərlər
Xəbərlər
Azərbaycanda ilk: “I Uşaq Kitab Festivalı” keçirildi2-3 aprel tarixlərində Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə ölkədə ilk dəfə “I Uşaq Kitab Festivalı” keçirilib.“Passage-1901”də keçirilən festivala iki gün ərzində iyirmi mindən çox ziyarətçi qatılıb, o cümlədən yüz məktəbdən iki yüz iyirmidən çox sinif iştirak edib.2 Aprel Beynəlxalq Uşaq Kitabı Gününə həsr olunan sərgidə on yeddi nəşriyyat, beş kitab mağazası, eləcə də ondan çox uşaq inkişaf mərkəzi və digər sahələri təmsil edən qurumlar iştirak edib.Bundan başqa, uşaq bayramına “Hədəf Nəşrləri”nin dəvəti ilə Türkiyənin tanınmış uşaq yazıçısı Suat Turqut, Türk Dünyası Araşdırmaları Vəqfinin sədri Közxan Yazqan, türkoloq Bünyamin Ağsunqur da qatılıblar.Festival çərçivəsində Təhsil Nazirliyinin təşkil etdiyi “Düşünən oxucu” müsabiqəsinin mükafatlandırılma mərasimi baş tutub. Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edib, bu qəbildən olan festivalların, müsabiqələrin vacibliyindən danışıb. Sərgi ilə tanış olan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova öz fikirlərini bölüşüb, sərginin təşkilatçılarına təşəkkürünü çatdırıb. Komitə sədri qeyd edib ki, gələcəyimiz olan uşaqların kitabla, mütaliə ilə bağlılığını möhkəmləndirmək üçün bu kimi festivallar mütəmadi keçirilməlidir. Onu da qeyd edək ki, iki gün davam edən festivalda hökumət və ictimaiyyət nümayəndələri, siyasətçilər, təhsil işçiləri, ədəbiyyat adamları, jurnalistlər, tələbələr, eləcə də bir çox kəsimdən olan şəxslər iştirak ediblər. Festivalda təqdimatlar, imza mərasimləri, müxtəlif mövzuda masterklaslar, uşaqlar üçün əyləncəli proqramlar gerçəkləşdirilib. ANAİB sədri Şəmil Sadiqin sözlərinə görə, bu kimi festivalların davamlı olacağı nəzərdə tutulur.
27
02.04.2022
Admin
“QARABAĞA KİTABLA GEDİRİK!” innovativ layihəsi ANAİB-in innovativ layihəsi olan “Qarabağa kitabla gedirik!” guşəsində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılacaq kitabxanaların fondlarına dəstək məqsədilə kitabtoplama aksiyası həyata keçirilir.
36
21.11.2021
Admin
20 il qabaqkı mükafat yenidən təqdim olundu30-31 oktyabr tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) tərəfindən Sumqayıt şəhərində keçirilən və anşlaqla qarşılanan “I Sumqayıt Kitab Sərgisi” ANAİB-2021 tədbirində sonuncu dəfə 20 il öncə verilən “Daş Kitabə” mükafatı yenidən təqdim olunub.ANAİB-ə istinadən xəbər verir ki, mükafat həm ANAİB üzvlərinin, həm də sosial şəbəkə vasitəsilə keçirilən sorğuda istifadəçilərin ümumi rəyi əsasında Sumqayıt və Bakı şəhərində yerləşən “Xan xəzinəsi” bukinistinin rəhbəri, uzun illərin kitabçısı Xan Rəsuloğluna verilib.İlk və sonuncu dəfə bu mükafatı “Altun Kitab” Nəşriyyatının direktoru Rafiq İsmayılovun təşəbbüsü ilə 2001-ci ildə “Tutu” uşaq nəşriyyatının rəhbəri Tərlan Qorçu alıb. “Daş Kitabə” ikinci dəfə iyirmi il sonra ANİB İdarə Heyətinin sədri filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin təşəbbüsü ilə təqdim olunub.Qeyd edək ki, “Daş Kitabə” mükafatı kitabçılıqda fədakar fəaliyyətə görə nəşriyyat və ümumilikdə kitab sahəsində çalışan insanlara verilir.
32
30.10.2021
Admin
Sumqayıtda kitab bayramı 30-31 oktyabr tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə Sumqayıt Dövlət Dram Teatrında “I Sumqayıt Kitab Sərgisi” (ANAİB-2021) təşkil olunub. Sərgidə ölkənin 20-dən artıq tanınmış nəşriyyat və 20000-dən çox insan iştirak edib. Sərgidə bütün nəşriyyatlar tərəfindən kitablara 50%-dək endirim tətbiq olunub.Eyni zamanda sərgi müddətində məşhur şair və yazıçıların da iştirakı ilə təqdimatlar, imza günləri və şeir gecələrinin keçirilib. Sərgi saat 10:00-dan 19:00-dək davam edəcək.
118
30.10.2021
Admin