Xəbərlər GƏNCƏDƏ MÖHTƏŞƏM KİTAB SƏRGİSİ KEÇİRİLİB

İştirak etmişdiniz?

ETİKETLƏR
DİGƏR xəbərlər

GƏNCƏDƏ MÖHTƏŞƏM KİTAB SƏRGİSİ KEÇİRİLİB

GƏNCƏDƏ MÖHTƏŞƏM KİTAB SƏRGİSİ KEÇİRİLİB

Gəncədə möhtəşəm kitab sərgisi keçirilib

26-28 noyabr tarixlərində Gəncədə “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təşkilatçılığı ilə “I Gəncə Kitab Sərgisi” təşkil olunub.


“Nizami Gəncəvi İli”nə həsr edilən sərgidə ölkənin 30-dan artıq nəşriyyatı və 10-dan çox kitab evi iştirak edib.

Sərgidə kitablara 50%-dək endirim tətbiq olunub, məşhur şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların, müxtəlif sənət nümayəndələrinin əsərlərindən ibarət sərginin təşkili və musiqi proqramları keçirilib.


ANAİB-in innovativ layihəsi olan “Öz kitabını sat” guşəsi öz kitabını təqdim etmək istəyən müəlliflər üçün nəzərdə tutulub. “Qarabağa kitabla gedirik” stendində isə işğaldan azad edilmiş ərazilərimizdə yaradılacaq kitabxana fondlarına dəstək məqsədilə kitablar toplanıb.


ANAİB-in sədri Şəmil Sadiq bildirib: “Oxucular yeni kitablarla tanış olub, endirimlərdən yararlanıblar. Ən təbii istəyimiz “Nizami Gəncəvi İli”ndə, Nizami yurdunda möhtəşəm kitab bayramı təşkil edərək yerli kitabsevərləri sevindirmək idi”. “I Gəncə Kitab Sərgisi”nin təşkilat qrupunun rəhbəri Nurman Tariq isə kitabı paytaxtdan kənara çıxarmağın əhəmiyyətini vurğulayıb: “ANAİB tərəfindən 30-31 oktyabr tarixlərində Sumqayıt şəhərində təşkil olunmuş kitab sərgisi anşlaqla yadda qaldı və bu sərgi sübut etdi ki, bölgələrimizdə də kifayət qədər oxucu var, sadəcə kitab onlar üçün əlçatan deyil. Bunun üçün də ANAİB olaraq hədəfimiz nəşriyyat və yazıçılarla birlikdə bölgə-bölgə gəzmək, kitabı bölgələrimizə yaymaqdır. Kitabçılıq başqa cür inkişaf etməyəcək. Budəfəki dayanacağımız isə mədəniyyət şəhərimiz Gəncədir.”. Nurman Tariq tədbirin layiqli baş tutması üçün yaxından dəstək göstərən Mədəniyyət Nazirliyi, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə İctimai İştirakçılıq Məclisinə xüsusi təşəkkürünü bildirib.

Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...