Xəbərlər “II ANAİB GƏNCƏ KİTAB SƏRGİSİ” KEÇİRİLƏCƏK
ETİKETLƏR
DİGƏR xəbərlər

“II ANAİB GƏNCƏ KİTAB SƏRGİSİ” KEÇİRİLƏCƏK

“II ANAİB GƏNCƏ KİTAB SƏRGİSİ” KEÇİRİLƏCƏK

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 11, 12, 13 noyabr tarixlərində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban mərkəzində “II ANAİB Gəncə Kitab Sərgisi” keçiriləcək.

ANAİB xəbər verir ki, “Nizami yurduna kitabla gəlirik!” şüarı altında keçiriləcək sərgidə tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, müxtəlif mövzuda təlimlər, seminarlar, şeir gecələri, uşaqlar üçün nağıl saatları və musiqili proqram təşkil ediləcək.

Sərgi ölkənin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evinin iştirakı ilə baş tutacaq, 90 %-dək endirimlər tətbiq olunacaq.

Tədbirdə Elxan Elatlı, Rövşən Abdullaoğlu, Aqşin Yenisey, Əziz Sultan, Nüşabə Babayeva-Vəkilova, Nicat Qəribov, Ağa Hacıbəyli, Mübariz Yunus, Müzadil Zauroğlu, Yunus Orucov, Çinarə Köçərli, Muxtar Cəfərli, Rüstəm Behrudi, Emin İmanlı, Vüqar İsgəndərov kimi məşhur yazıçı və şairlərin imza günləri keçiriləcək.

Bununla yanaşı Şəmil Sadiq, Orxan Şahbaz, Sərxan Rüstəmov, Aysel Cəbrayılova kimi təlimçilər müxtəlif mövzulu seminarlar verəcəklər.

Qeyd edək ki, sərgi hər üç gün 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.

Giriş sərbəstdir.

Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...