ANAİB dövlət qeydiyyatına alındı
04.11.2024
“II ANAİB GƏNCƏ KİTAB SƏRGİSİ” KEÇİRİLİB
“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 11, 12, 13 noyabr tarixlərində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban mərkəzində “II ANAİB Gəncə Kitab Sərgisi” keçirilib.
ANAİB xəbər verir ki, “Nizami yurduna kitabla gəlirik!” şüarı altında keçirilən sərginin açılış mərasimində ANAİB İdarə Heyətinin sədri Şəmil Sadiq, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, birinci müavini Səməd Tomuyev, müavini Kamran Məhərrəmov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, eləcə də Gəncə ziyalıları, ədiblər, naşirlər, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak edib.
Üç gün ərzində tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, müxtəlif mövzuda təlimlər, seminarlar, şeir gecələri, uşaqlar üçün nağıl saatları və musiqili proqram təşkil olunub.
Tədbirdə VIII Bakı Beynəlxalaq Kitab Sərgisinin fəxri qonağı şair Aqşin Yenisey seminar verib, Elxan Elatlı, Rövşən Abdullaoğlu, Ülviyyə Tahir, Nüşabə Babayeva-Vəkilova, Nicat Qəribov, Ağa Hacıbəyli, Mübariz Yunus, Müzadil Zauroğlu, Yunus Orucov, Çinarə Köçərli, Muxtar Cəfərli, Emin İmanlı, Vüqar İsgəndərov kimi yazıçıların imza günləri keçirilib.
Bununla yanaşı Şəmil Sadiq, Orxan Şahbaz, Sərxan Rüstəmov, Aysel Cəbrayılova kimi təlimçilər müxtəlif mövzulu seminarlar veriblər.
90 %-dək endirimlər tətbiq olunan sərgidə ölkənin 20-dən artıq tanınmış nəşriyyat və kitab evinin iştirakı ilə baş tutub.