Xəbərlər “II SUMQAYIT KİTAB SƏRGİSİ” KEÇİRİLƏCƏK
ETİKETLƏR
DİGƏR xəbərlər

“II SUMQAYIT KİTAB SƏRGİSİ” KEÇİRİLƏCƏK

“II SUMQAYIT KİTAB SƏRGİSİ” KEÇİRİLƏCƏK

23, 24, 25 dekabr tarixlərində Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyilə II Sumqayıt Kitab Sərgisi həyata keçiriləcək.

ANAİB.az xəbər verir ki, ötən il birincisi keçirilən sərgi oxucular tərəfindən rəğbətlə qarşılanıb. İkinci sərgi isə daha möhtəşəm proqram və çoxçeşidli kitablarla qarşınızda olacaq. Sərgi ölkənin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evinin iştirakı ilə baş tutacaq, 90 %-dək endirimlər tətbiq olunacaq.

Kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klasslar keçiriləcək. Müxtəlif personajlarla şəkil çəkdirmək imkanı, fotozonalar, sadəcə uşaqlar üçün nəzərdə tutulmuş “kids zone”da mütəmadi və əyləncəli fəaliyyətlərlə bu sərgi daha möhtəşəm olacaq!

Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...