Mətbuatda biz III Uşaq Kitab Festivalı keçirildi
Digər xəbərlər

III Uşaq Kitab Festivalı keçirildi

III Uşaq Kitab Festivalı keçirildi

Anaib.az xəbər verir ki, “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin təşkilatçılığı ilə 6 – 9 iyun tarixlərində “Abu Arena”da “Yaşıl Dünya naminə Həmrəylik İli”nə həsr olunan III Uşaq Kitab Festivalı keçirilib.

Budəfəki festivalı əvvəlkilərdən fərqləndirən tematik günlərə ayrılması olub. Sərginin ilk günü Yaşıl Dünya Günü, üçüncü gün Milli Geyimlər Günü, son gün isə Mənim Nağıl Qəhrəmanım Günü elan edilib.

Yaşıl Dünya Günündə qonaqlara yaşıl torbalarda toxumlar paylanıb. Milli Geyimlər Günündə təşkilatçılar, iştirakçılar və ziyarətçilər milli paltarlara üstünlük veriblər. Mənim Nağıl Qəhrəmanım Günündə isə hərə öz nağıl personajını canlandırıb.

Festivalda on minlərlə kitabın endirimli qiymətlərlə satışı, master-klaslar, məşhurların nağıl saatları, kukla teatrı, əyləncəli tamaşalar təşkil olunub.

Tədbirdə oxucular məşhur uşaq yazıçılarından imzalı kitablar əldə edib, onlarla ünsiyyət qurublar.

Festivalda Türkiyənin məşhur uşaq yazıçılarından Suat Turqut da iştirak edib.

Tədbirin sponsorları “Azsur Group”, “MUSİAD Azərbaycan”, “Azam Group”, “Premium Layihə İnşaat”, “Topxana Layihə İnşaat”, “Nağıoğlu construction”, “SQS Group”, dəstəkçiləri isə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Supertoys” mağazalar şəbəkəsi olub.


Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...