Xəbərlər

I Mingəçevir Kitab Sərgisi keçirildi
31 may – 1 iyun tarixlərində Azərbaycan Nəşriyyatlar Assosiasiyasının (ANAİB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Mingəçevir Şəhər Bələdiyyəsinin və Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə I Mingəçevir Kitab Sərgisi keçirilib. Anaib.az xəbər verir ki, sərgidə endirimli kitab satışı ilə yanaşı, yazıçılarla görüş, imza saatları, panellər, nağıl saatları və musiqi proqramı da təşkil olunub. 25-dən çox nəşriyyat, 60-a yaxın ədib və ziyalının iştirak etdiyi sərgi 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.Mingəçevir şəhər bulvarında baş tutan bayram əhvali-ruhiyyəli sərgidə minlərlə kitab 90 %-dək endirimlə təklif olunub.Sərginin açılış mərasimində ANAİB idarə heyətinin sədri Şəmil Sadiq, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov çıxış edib, bu kimi tədbirlərin önəmindən söz açıblar.Sərgidə deputat Ceyhun Məmmədov, yazıçılar İradə Qədirova, Elgüsel, Şəfa Vəli, Ceyhun Salmanov və təlimçi Orxan Şahbaz da iştirak ediblər. müxtəlif panellər, təqdimatlar, imza günləri, və musiqili proqram təşkil olunub.
11.06.2025
37
Ətraflı

Sumqayıt məktəbliləri arasında Oxu Marafonuna start verildi
ANAİB-in təşkilatçılığı, “Amal” xeyriyyə cəmiyyətinin sponsorluğu ilə VII Kitabqurdu Sumqayıt Məktəblilərinin Oxu Marafonuna start verilib. Anaib.az xəbər verir ki, marafonun təqdimat mərasimi IV Sumqayıt Kitab Sərgisi çərçivəsində Sumqayıt Dövlət Universitetində baş tutub.ANAİB-in koordinatoru Səma Məstəliyeva marafonun şərtləri haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Marafonun layihə rəhbəri, “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy ideyanın yaranmasından, bu kimi addımların ölkə kitabçılığına xeyrindən danışıb. “Amal” xeyriyyə cəmiyyətinin rəhbəri Rüfət Mirzəyev isə cəmiyyətin həyata keçirdikləri layihələrdən, Kitabqurdu Marafonu ilə necə tanış olmasından söz açıb.Marafonda iştirak edən kitabların müəllifləri – Aynur Cavid, Mürşüd İsmayılov, Elgüsel, Əziz Sultan marafon barədə təəssüratlarını bölüşüb və iştirakçı məktəblilərə uğurlar arzulayıblar. Sonda balaca oxucular kitablarını imzalatdırıb, yazıçılara suallarını ünvanlayıblar.
11.06.2025
43
Ətraflı

IV Sumqayıt Kitab Sərgisi keçiriləcək
27 – 28 may tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə IV Sumqayıt Kitab Sərgisi təşkil ediləcək. ...Anaib.az xəbər verir ki, sərgi Sumqayıt Dövlət Universitetinin inzibati binasında baş tutacaq. Sərgidə təkcə SDU tələbələri deyil, bütün Sumqayıt əhalisinin iştirak etməsi üçün universitetdə “Açıq qapı günü” elan olunub. Sərginin ilk günü – 27 may Milli Mətbuatın yaranmasının 150 illiyinə, iukinci günü – 28 may tarixi isə Müstəqillik Gününə həsr ediləcək. Bayram əhvali-ruhiyyəli sərgidə minlərlə kitab 90 %-dək endirimlə təklif olunacaq, tanınmış yazıçıların, şairlərin təqdimat və imza mərasimləri, məşhurlarla görüşlər, şeir saatları baş tutacaq. Yazıçılar Şəmil Sadiq, Varis, Elxan Elatlı, Aynur Cavid, Elgüsel, Əziz Sultan, Səxavət Məmməd, Mürşüd İsmayılzadə, Əziz Yaqubzadə, tarixçi Boran Əziz, təlimçilər Aysel Rəsulzadə, Orxan Şahbaz, musiqiçi Hüseyn Cəfərin iştirakı ilə müxtəlif panellər, təqdimatlar, imza günləri, şeir gecələri və musiqili proqram təşkil olunacaq. İki gün davam edəcək sərgi hər gün 10:00-dan 20:00-dək oxucuların üzünə açıq olacaq. Sərgidə 25-dən çox nəşriyyatın iştirakı gözlənilir. Giriş sərbəstdir.
21.05.2025
271
Ətraflı