II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırıldılar - Foto

II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırıldılar - Foto

Ətraflı bax...
ANAİB-in yaradılması

ANAİB-in yaradılması

Ətraflı bax...
I LƏNKƏRAN KİTAB SƏRGİSİ KEÇİRİLİB

I LƏNKƏRAN KİTAB SƏRGİSİ KEÇİRİLİB

Ətraflı bax...
ANAİB MEDİA NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRDİ

ANAİB MEDİA NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRDİ

Ətraflı bax...
GƏNCƏDƏ MÖHTƏŞƏM KİTAB SƏRGİSİ KEÇİRİLİB

GƏNCƏDƏ MÖHTƏŞƏM KİTAB SƏRGİSİ KEÇİRİLİB

Ətraflı bax...

Xəbərlər

II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırıldılar - Foto

II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırıldılar - Foto

Martın 3-də “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin (ANAİB) əsas təşkilatçılığı, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun (TİF) təşkilatçılığı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) və “ASAN Könüllülər” Təşkilatının dəstəyi ilə baş tutan II Kitabqurdu Payız Oxu Marafonunun mükafatlandırma mərasimi keçirilib.Anaib.az xəbər verir ki, görüş “Başkent” restoranında baş tutub.Tədbiri giriş nitqi ilə açan ANAİB-in katibi Nurman Tariq marafonun təşkilindəki məqsəddən danışıb. Bildirib ki, əsas məqsəd yerli yazıçıların təbliği, kitab bazarının dirçəldilməsi və mütaliəyə təşviqdir.Katib çıxışı zamanı qaliblərə təbriklərini çatdırıb, təşkilatçı və dəstəkçi qurumlara da təşəkkür etməyi unutmayıb.Münsiflər heyətinin üzvü və marafonun aparıcısı olan “Hədəf Nəşrləri”nin direktoru Nizami Hüseynov çıxışında qeyd edib ki, ötən marafonla müqayisədə bu marafonun sualları xeyli çətin olsa da, finalçılar öhdəsindən layiqincə gəliblər.Layihənin ideya müəllifi və rəhbəri, eyni zamanda, “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy başda qaliblər olmaqla bütün marafon iştirakçılarını təbrik edib. Prosesin görünməyən tərəfindən danışan layihə rəhbəri, növbəti marafonla bağlı müjdə də verib.Marafon müəlliflərindən olan Elçin Əzimli, Kənan Hacı və Elay iştirakçıları təbrik edib, onlara uğurlar diləyiblər.AGMA sədri Səkinə Həsənli, “ASAN Könüllülər” Təşkilatının sədr müavini Ayşən Camalova da öz növbələrində qalibləri təbrik edib, bu kimi marafon və yarışların təşkilində maraqlı olduqlarını, lazımınca dəstək verəcəklərini bildiriblər.Çıxışlardan sonra qaliblərə diplom və mükafatlar təqdim olunub:Ülviyyə İsrafilova – I yer – 3000 AZNAytən Məmmədova – II yer – 2000 AZNKəmalə Tağıyeva – III yer – 1000 AZNSonda marafon iştirakçıları tərəfindən ən çox bəyənilən “Çağrı” romanının müəllifi Elçin Əzimli xüsusi mükafatla təltif olunub.
07.03.2024 23 Ətraflı
ANAİB-in yaradılması

ANAİB-in yaradılması

“Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin (ANİB) təsis toplantısı keçirilib.Toplantıda “Təhsil”, “Altun”, “Hədəf”, “Parlaq İmzalar”, “Alatoran”, “Qələm”, “Qədim Qala”, “Ağıllı bala”, “Çapar”, “XAN”, “Çinar”, “BookZone” nəşriyyatlarlarının rəhbərləri iştirak ediblər.İdarə Heyətinin yekdil qərarı ilə iclasda “Hədəf” Qrupun baş direktoru Şəmil Sadiq ANİB-in sədri, “Parlaq İmzalar” Nəşriyyatının direktoru Nurman Tariq isə sədrin müavini seçiliblər.Birlik qarşıdakı üç ay üçün fəaliyyət planı hazırlayıb:1. Birliyin sənədləri Ədliyyə Nazirliyinə təqdim ediləcək;2. Mədəniyyət Nazirliyinə təqdim olunacaq təkliflər paketi hazırlanacaq;3. Azərbaycanda fəaliyyət göstərən bütün nəşriyyatların birlik ətrafında birləşməsi məqsədilə müraciətlər hazırlanacaq;4. Bu ilin mart ayında Türkiyədə keçiriləcək 6-cı İstanbul Beynəlxalq Nəşriyyatlar toplantısına (“2021 International Istanbul 6th Fellowship Program”) hazırlıq işləri görüləcək;5. Periodik olaraq kitab sərgilərinin keçirilməsi üçün əlaqədar orqanlarla danışıqlar aparılacaq. Bu ilin sentyabrında Bakıda keçiriləcək Beynəlxalq Kitab Sərgisinə hazırlıq görüləcək.Ş.Sadiq açıqlamasında qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən bir qrup nəşriyyat sahibi bir ildən müzakirələr aparıb və sonda “Azərbaycan Nəşriyyatları” İctimai Birliyinin yaradılması ilə bağlı təsis toplantısı keçirilib:“Son illər ölkəmizdə bir çox sahələrlə yanaşı, nəşriyyat sektorunun da inkişafı göz önündədir. Yerli kitab bazarında canlanma artdıqca meydana çıxan problemlərin birgə həll olunmasına ehtiyac yaranmışdı. Nəşriyyatların birgə fəaliyyətini şərtləndirən problemlər bir deyil, iki deyil: daxili bazarda piratçılıqla mübarizə, müxtəlif informasiya platformalarında kitab təbliğinin, respublikanı əhatə edən vahid kitab satış şəbəkəsinin yoxluğu, bölgələrdə yaşayan oxucularla nəşriyyatlar arasında qopuqluq, müstəqil kitab mağazalarının azlığı, kitab sərgiləri, satış yarmarkalarının paytaxt və bölgələrdə vaxtlı-vaxtında təşkil olunmaması, yerli müəlliflərin dünya kitab bazarına çıxmasında yaşanan çətinliklər, tərcümə, redaktə, korrektə sahəsində birgə fəaliyyətin olmaması, eləcə də digərməsələlər nəşriyyatların birgə fəaliyyətini zəruri etməkdədir”.Sədr vurğulayıb ki, Azərbaycanda kitab sektorunun dünya standartlarına cavab verən səviyyəyə çatması, yazıçı-naşir-kitab satış şəbəkəsi və oxucu münasibətlərində ardıcıllığa nail olunması, ümumilikdə nəşriyyatçılıq etikasının formalaşması, müəlliflik hüququ məsələləri, habelə beynəlxalq kitab şəbəkəsinə qoşulmaq üçün yerli nəşriyyatların birlikdə fəaliyyət göstərməsinə ehtiyac yaradıb.
26.01.2024 34 Ətraflı
AZƏRBAYCANDA İLK: “BUKNİK” KEÇİRİLDİ

AZƏRBAYCANDA İLK: “BUKNİK” KEÇİRİLDİ

Təhsilin İnkişafı Fondu və Azərbaycan Nəşriyyatlar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Kitabqurdu” I Yay Oxu Marafonu çərçivəsində 100-dən çox şagirdin, onların valideynlərinin, eləcə də, sakinlərin iştirakı ilə Azərbaycanda ilk dəfə “Buknik” layihəsi həyata keçirilib.ANAIB.az xəbər verir ki, əvvəlcə komandalar şəklində parkın girişində toplanan uşaqlar arasında tanışlıq yaradılıb. Daha sonra oyun məkanında komandalar arasında müxtəlif yarışlar keçirilib. Qalib komandalara kitab hədiyyələri verilib.Komandalar parkın müxtəlif nöqtələrində onları gözləyən yazıçılarla görüşüb, kitablarını imzalatdırıb. yeni kitablar haqqında məlumat alıblar.Qeyd edək ki, marafona 12-16 yaşlı uşaqlar qoşula bilər. Daha az yaşı olan uşaqların valideynin tövsiyəsi və nəzarəti ilə marafona qoşulması arzuolunandır. Kitablar 12-16 yaşlı uşaqlar üçün nəzərdə tutulub.İştirakçı marafonun rəsmi teleqram səhifəsinə qoşulmalıdır. Səhifədə kitablar, eləcə də imtahan mərhələsi ilə bağlı məlumatlar paylaşılacaq.İştirakçı sentyabrın 26-dək seçilmiş 7 kitabı oxumalıdır.Qiymətləndirmə iki mərhələdən ibarət olacaq. Suallar iştirakçıların mütaliə etdiyi 7 kitab əsasında hazırlanacaq.Birinci mərhələ onlayn, “Kahoot” proqramı vasitəsilə həyata keçiriləcək. Bu mərhələdə iştirakçıya internetə qoşulan iki telefon, yaxud kompüter lazım olacaq. Bu mərhələdə ən yüksək göstəriciyə malik on nəfər final turuna keçəcək.İkinci – final mərhələsi təyin olunmuş studiyada on nəfər arasında baş tutacaq.Birinci yeri tutan iştirakçıya 1000, ikinci yeri tutan iştirakçıya 500, üçüncü yeri tutan iştirakçıya isə 300 AZN mükafat, digər 7 nəfərə isə kitab hədiyyələri və sertifikaflar veriləcək.Seçilmiş 7 kitabın siyahısı aşağıdakı kimidir:Amin Sükut – “Tuflinlər”;Aynur Cavid, Cəmilə Məmmədli – “Səyyah Bilgə”;Əziz Sultan – “Əjdahaların sirri – Adəmin macəraları”;Əziz Yaqubzadə – “Məktubunuz var”;Mürşüd İsmayılzadə – “Əjdaha qardaşlığı. Şirvanşahların xəzinəsi”;Reyhan Yusifqızı – “Yaşıl gözlü qız”;Rövşən Abdullaoğlu – “Mən yeməli deyiləm”.
09.08.2023 23 Ətraflı
Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...