Xəbərlər

ANAİB sədri Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü seçildi
“Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyi (ANAİB) idarə heyətinin sədri Şəmil Sadiq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya üzv seçilib. ANAİB-dən verilən xəbərə görə, seçki vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə baş tutub. Səsvermə yekunlaşdıqdan sonra möhürlənmiş seçki qutusu açılıb və səslər Seçki Komissiyasının iştirakı ilə hesablanıb.Namizədliyi qeydə alınmış 14 nəfər arasından ən çox səs toplayan 7 nəfər İctimai Şuraya üzv seçilib. Yeni tərkib aşağıdakı kimidir:Firuzə Rəsulova – “Əlilliyə erkən yardım Portec Şəbəkəsi” İctimai BirliyiQəmərxanım Cavadlı – Qafqaz Müsəlmanları İdarəsinin sədr müaviniMüslüm Məmmədov – “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai BirliyiMəryəm Məcidova – “Gender Hub” İctimai BirliyiŞəmil Sadiq – “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai BirliyiÜlvi Əliyev – “Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi” İctimai BirliyiVenera Əsgərova – “Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyi
01.05.2025
101
Ətraflı

BookFest Naxçıvan Kitab Sərgisi – 2025 keçiriləcək
9 – 11 may tarixlərində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında Səlahiyyətli Nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyəti və “Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyinin (ANAİB) birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində Saat meydanında BookFest Naxçıvan Kitab Sərgisi – 2025 keçiriləcək.Anaib.az xəbər verir ki, ölkənin ən fəal nəşriyyatlarının qoşulacağı festivalda tanınmış yazıçıların iştirakı, oxucularla görüşlər və təqdimat imza günləri, minlərlə kitabın endirimli satışı, müxtəlif mövzulu panel-müzakirələr planlaşdırılır.Festivala ANAİB sədri Şəmil Sadiq, rejissor Tahir Tahiroviç, şair Rüstəm Behrudi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu, yazıçılar Rövşən Abdullaoğlu, Elxan Elatlı və Seymur İlyasov, şair Aqşin Yenisey, təlimçi Orxan Şahbaz da qatılacaqlar. Üç gün davam edəcək festivalın açılış mərasimi mayın 9-u saat 10:00-da olacaq. Giriş sərbəstdir.
28.04.2025
136
Ətraflı

IV Uşaq Kitab Festivalına yekun vuruldu
10 – 13 aprel tarixlərində Bakı İdman Sarayında IV Uşaq Kitab Festivalı keçirilib. “Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyindən (ANAİB) verilən məlumata görə, festivalın təşkilatçıları Mədəniyyət, Gənclər və İdman nazirlikləri, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ANAİB, sponsoru isə Expressbankdır. Festivala ANAİB üzvü olan nəşriyyatlarla yanaşı, digər nəşriyyatlar da qoşulublar. Tədbirə 30-dan çox nəşriyyat öz xüsusi stendi ilə qatılıb. Minlərlə kitab 90 %-dək endirimlə təklif olunub.Açılış mərasimində ANAİB sədri Şəmil Sadiq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Bahar Muradova, deputatlar Elnarə Akimova və Mehriban Vəliyeva, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, layihənin rəhbəri Fatimə Alxaz, Expressbankın ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Raziyə Axundzadə çıxış edib, bu kimi festivalların ölkə kitabçılığına verdiyi töhfələrdən söz açıblar. Açılış mərasimindən sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Bahar Muradova, Gənclər və İdman Nazirliyinin Tələbələrlə iş üzrə sektor müdiri Elnur Abdullayev, Mədəniyyət Nazirliyinin əməkdaşı Xəyal Məmmədov, Expressbankın ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Raziyə Axundzadə festivalın təşkilində göstərdikləri köməyə görə təltifnamə ilə mükafatlandırılıblar. Festival çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun, “Fazzi: Oyanış” kitabının təqdimat mərasimi də baş tutub. Bundan başqa, festivalda tanınmış şəxslər, eləcə də dövlət rəsmiləri də iştirak ediblər. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, akademik Rafiq Əliyev, deputat Ceyhun Məmmədov, professor Qulu Məhərrəmli, uşaq yazıçısı Zahid Xəlil və başqaları sərgi ilə tanış olub, nəşriyyatların stendlərini gəziblər. Tanınmış ədiblərin təqdimat mərasimləri, imza günləri, məşhurlarla görüşlər, şeir saatları, uşaqlar üçün nağıl və əyləncə saatları təşkil edilib. Festivalda uşaqlar üçün intellektual master-klaslar, əyləncəli müsabiqələr, oxu saatları və səhnəciklər təşkil olunacaq.Festivalı digər festival və sərgilərdən fərqləndirən cəhət 3 tematik günün olmasıdır. Belə ki, aprelin 11-i festival çərçivəsində Milli Geyimlər Günü elan edilib. Məqsəd uşaqlara Azərbaycanın milli geyimlərini tanıtmaq, onlara milli dəyərləri aşılamaq və mədəni irsimizi yaşatmaqdır. Aprelin 12-si Peşələr Günü olacaq. Məqsəd müxtəlif peşələrin önəmini vurğulamaq, uşaqları müxtəlif sahələrlə tanış etmək və bu sahələrə maraq yaratmaqdır. Aprelin 13-ü Mənim Nağıl Qəhrəmanım Günüdür. Məqsəd uşaqlara müsbət xüsusiyyətlər aşılamaq, onların fantaziyasının genişlənməyinə dəstək olmaqdır. Əlavə məlumat üçün qeyd edək ki, 4 gün davam edən festivalı 52.000 nəfər ziyarət edib.
17.04.2025
146
Ətraflı