II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırıldılar - Foto

II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırıldılar - Foto

Ətraflı bax...
ANAİB-in yaradılması

ANAİB-in yaradılması

Ətraflı bax...
I LƏNKƏRAN KİTAB SƏRGİSİ KEÇİRİLİB

I LƏNKƏRAN KİTAB SƏRGİSİ KEÇİRİLİB

Ətraflı bax...
ANAİB MEDİA NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRDİ

ANAİB MEDİA NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRDİ

Ətraflı bax...
GƏNCƏDƏ MÖHTƏŞƏM KİTAB SƏRGİSİ KEÇİRİLİB

GƏNCƏDƏ MÖHTƏŞƏM KİTAB SƏRGİSİ KEÇİRİLİB

Ətraflı bax...

Xəbərlər

Azərbaycan Naşirlərinin I Forumunun proqramı açıqlandı

Azərbaycan Naşirlərinin I Forumunun proqramı açıqlandı

Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), AMEA, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə keçiriləcək Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum olub. Anaib.az xəbər verir ki, Azərbaycanın müstəqillik dövründə inkişaf edən özəl nəşriyyat sektorunun bir növ hesabatlığına, ümumi problemlərin həlli ilə bağlı təkliflərin formalaşmasına, yeni layihələrin hazırlanması üçün şəbəkələşmənin təmin olunmasına töhvə verəcək Azərbaycan Naşirlərinin I Forumu aprelin 26-da AMEA-da təşkil ediləcək. Forumun açılış mərasimində ANAİB idarə heyətinin sədri Şəmil Sadiq, Türkiyə Mətbəə və Nəşriyyatlar Birliyinin rəhbəri Mustafa Karagüllüoğlu eləcə də ölkənin mədəni ictimaiyyətinin tanınmış simaları çıxış edəcəklər. Forumda nəşriyyat məhsulları və strategiyalarının sərgisindən, nəşriyyat problemlərinə kompleks yanaşma təmin edən panellər təşkil olunacaq.5 paneldə ümumilikdə 15 spikerin çıxışı nəzərdə tutulan, xarici mütəxəssislərin də cəlb olunacağı layihə yerli nəşriyyat sektorunun real problemlərinə işıq tutmaq, eləcə də beynəlxalq təcrübədən yararlanmaq məqsədi daşıyır.İlk panel “Nəşriyyat menecmentliyi və kitab marketinqi” mövzusunda olacaq. Panelin moderatoru “Parlaq İmzalar” nəşriyyatının direktoru Nurman Tariq, spikerləri D&R-ın e-ticarət satış direktoru Özgür Topyıldız, Türkiyə Mətbəə və Nəşriyyatlar Birliyinin rəhbəri Mustafa Karagüllüoğludur. İkinci panel “Redaktə və tərcümə problemləri”nə həsr olunub. Panelin moderatoru “Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, spikerləri Şərq-Qərb nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlı, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğludur. Üçüncü panelin mövzusu “Müəllif hüquqları və beynəlxalq əməkdaşlıqlar”dır. Panelin moderatoru “Qədim Qala” nəşriyyatının xarici əlaqələr departamentinin rəhbəri Elnarə Əli, spikerləri “İntrotema” Müəllif Hüquqları Agentliyinin rəhbəri Məhəmməd Ağırakça, “Yazar ol”un təsisçisi Ramil Əhməddir. Dördüncü panelin mövzusu “Tərtibat, dizayn və qrafika”dır. Panelin moderatoru MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu, spikerləri “Erdem Yayınları”nın baş dizayneri Aişə Adaş, “Parlaq İmzalar” nəşriyyatının art-direktoru Ramin Həsənəlizadədir. Sonuncu – beşinci panelin mövzusu “Uşaq nəşrləri və yeni yanaşmalar”dır. Panelin moderatoru “Ağıllı Bala” nəşriyyatının direktoru Fatimə Alxaz, spikerləri “Erdem Yayınları”nın rəhbəri Məlikə Günyüz, “Libra Kitab” nəşriyyatının direktoru Veysəl Məmmədovdur.Qeyd edək ki, forum 09:00-dan 18:00-dək davam edəcək. Tədbirdə iştirak etmək üçün https://publishersforum.az/ linki vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Azərbaycan Naşirlərinin I Forumu çərçivəsində “Oxu Günü-10” sərgi-festivalı baş tutacaq. Bu il “Oxu Günü-10” layihəsi “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, AMEA, Təhsilin İnkişafı Fondu, Yunus Əmrə İnstitutu və “Hədəf Nəşrləri”nin birgə təşkilatçılığı ilə AMEA parkında keçiriləcək.27 – 28 aprel tarixlərində baş tutacaq sərgi-festival otuza yaxın nəşriyyat, ondan çox kitab mağazası, onlarla ədib, ziyalı, incəsənət və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək.Sərgi-festivalda Sultan Rayev, Varis, Rüstəm Behrudi, Elxan Elatlı, İlqar Kamil, İlham Tumas, Elay, Tamerlan İsmayılzadə, Aynur Cavid, Ramil Əhməd, Məsudə Cabbar, Erix Qauzer, Fidan Cəfərzadə və başqa tanınmış yazıçıların təqdimat və imza mərasimləri olacaq. Bundan başqa, Çinarə Məlikzadə, Röyal Musa, eləcə də digər gənc ifaçılar festivala rəng qatacaqlar. Əlavə məlumat üçün bildirək ki, III və IV “Kitabqurdu” Oxu Marafonunun müəllifləri – Şəmil Sadiq, Amin Sükut, Sevinc Elsevər, Elgüsel, Zahid Xəlil, Xəyalə Murad, Rövşən Abdullaoğlu, Rafiq İsmayılov, Fatimə Alxaz, Rəşad Bayramov və Gülüş Xəlilova da festivalda iştirak edəcəklər. “Oxu Günü” 2015-ci ildə “Hədəf Nəşrləri” MMC tərəfindən təsis edilib. Layihənin məqsədi ölkədə kitabçılığı inkişaf etdirmək, gənclərin intellektual mühitə adaptasiyasını aktual saxlamaq, oxucu-yazıçı görüşlərini stimullaşdırmaq, endirimli kitablar təqdim etmək və bununla kitabın əhəmiyyətini cəmiyyətə aşılamaqdan ibarətdir.“Oxu Günü” sərgi-festivalı 2015-ci ildə Binəqədi rayonunda yerləşən Heydər Əliyev adına parkda, 2016-cı ildə Nəsimi rayonu ərazisindəki Zorge parkında, 2017 – 2023-cu illərdə isə Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzi, “Hədəf Nəşrləri”, Elm və Təhsil və Mədəniyyət nazirliklərinin təşkilatçılığı ilə keçirilib.Elm və təhsil nazirinin 4 mart 2019-cu il tarixli qərarına əsasən hər il aprelin 23-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə bütün ölkə ərazisində ümumtəhsil məktəblərinin iştirakı təmin olunmaqla kütləvi “Oxu Günü” tədbiri keçirilir.Layihə “Gəlin birgə oxuyaq!” devizi altında təşkil olunur. 
22.04.2024 35 Ətraflı
Lənkəranda II Kitab Sərgisi keçirilir

Lənkəranda II Kitab Sərgisi keçirilir

5 – 7 aprel tarixlərində 2024-cü il Gənclər Paytaxtı Lənkəranda II Kitab Sərgisi keçirilir. Anaib.az xəbər verir ki, Azərbaycan Nəşriyyatları Assosiasiyası, Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə reallaşan tədbir Heydər Əliyev Mərkəzində saat 10:00-dan 19:00-dək baş tutacaq.Sərginin açılış mərasimində ANAİB sədri Şəmil Sadiq, Gənclər və İdman Nazirliyi Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov çıxış ediblər. Qeyd edək ki, sərgi çərçivəsində yazıçılar – Varis, Əziz Yaqubzadə, Elgüsel, Ceyhun Hidayətli, İlqar Kamil, İradə Qədirova, Rövşən Abdullaoğlu, Dünya veysəlova, Vüqar Bayramlı, Həmid Piriyev, Aynur Cavid və Ülviyyə Tahir oxucularla görüşəcək, öz kitablarını imzalayacaqlar. Bundan başqa, dilçi alim Rafiq İsmayılov “Oxuyub anlama təhsildə metabacarıq kimi”, təhsil texnoloqu Şəmil Sadiq “Təhsildə STEAM yanaşması”, təlimçi Orxan Şahbazın “ZİDDiyyətləri idarə etmək” seminarları, Azərbaycan Ədəbiyyat Fondu və AYB-nin Lənkəran bölməsinin birgə təşkilatçılığı ilə “Bölgə ədəbiyyatı, problemlər, perspektivlər” adlı müzakirə, Şamil Mahmudbəyovun 100 illiyi münasibətilə kinorejissor Tahir Tahiroviçin təqdimatında “Od içində” bədii filminin nümayişi, Elgüselin uşaqlar üçün nağıl saatı, 5 nömrəli məktəbin şagirdlərinin təqdimatı təşkil olunacaq.
05.04.2024 35 Ətraflı
Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək

Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək

Aprelin 26-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək.Anaib.az-a istinadən xəbər verir ki, Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), AMEA, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə baş tutacaq forum nəşriyyat məhsulları və strategiyalarından, eləcə də nəşriyyat problemlərinə kompleks yanaşma təmin edən panellərdən ibarət olacaq.ANAİB sədri, Naşirlər Forumu və Oxu Gününün layihə rəhbəri Şəmil Sadiq qeyd edib ki, Azərbaycan Naşirlərinin I Forumu ölkənin müstəqillik dövründə inkişaf edən özəl nəşriyyat sektorunun bir növ hesabatlılığına, ümumi problemlərin həlli ilə bağlı təkliflərin formalaşmasına, yeni layihələrin hazırlanması üçün şəbəkələşmənin təmin olunmasına töhfə verəcək: “5 paneldə ümumilikdə 15 spikerin çıxışı nəzərdə tutulan, xarici mütəxəssislərin də cəlb olunacağı bu layihə yerli nəşriyyat sektorunun real problemlərinə işıq tutmaq, eləcə də beynəlxalq təcrübədən yararlanmaq məqsədi daşıyır”.Forum çərçivəsində 27-28 aprel tarixlərində Elmlər Akademiyasının həyətində Oxu Günü-10 sərgi-yarmarkası təşkil olunacaq.Ölkənin 40-dan çox aparıcı nəşriyyatı və kitab evinin, eləcə də 70-ə yaxın yazıçı və ziyalının iştirakı ilə baş tutacaq sərgidə möhtəşəm proqram, çoxçeşidli kitabların satışı baş tutacaq.Müxtəlif endirimlərin tətbiq olunacağı kitab festivalında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar da təşkil ediləcək.Qeyd edək ki, Azərbaycan Naşirlərinin I Forumu və Oxu Günü-10 sərgi-yarmarkasının tərəfdaşları Yunus Əmrə İnstitutu, “MUSİAD Azərbaycan”, “Badamlı”, “Oyal”, “Hədəf Group”, “Şərq-Qərb” və “Globalsoft” şirkətləridir.Forumda iştirak şirkətlər üçün qeydiyyatla, Oxu Günü-10 sərgisində iştirak isə sərbəstdir.
02.04.2024 65 Ətraflı
Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...