Xəbərlər ANAİB idarə heyətinin növbəti toplantısı keçirildi
ETİKETLƏR
DİGƏR xəbərlər

ANAİB idarə heyətinin növbəti toplantısı keçirildi

ANAİB idarə heyətinin növbəti toplantısı keçirildi

Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyi (ANAİB) idarə heyətinin növbəti görüşü keçirilib.

Anaib.az xəbər verir ki, görüş zamanı nəşriyyat sektorunun inkişafı, kitab sənayesinin qarşılaşdığı çətinliklər və layihələr müzakirə olunub.

Toplantıda nəşriyyatlar arasındakı əməkdaşlığın genişləndirilməsi, kitab sərgiləri və mütaliə təşviqinə yönəlmiş tədbirlərin təşkili məsələlərinə toxunulub, nəşriyyat işinə innovativ yanaşmanın tətbiqi istiqamətində bir sıra məsələlər müzakirə edilib.

Bundan başqa artıq ənənəyə çevrilmiş Uşaq Kitab Festivalı və Oxu Gününün Sumqayıtda keçirilməsi ilə bağlı müzakirələr aparılıb. Tədbirin keçirilmə yeri və vaxtı haqqında razılıq əldə edilib.

Görüşdə əlavə olaraq, təhsil sahəsində müxtəlif forumlar və gənclər arasında ədəbiyyata maraq yaratmaq üçün tədbirlər haqqında da müzakirələr aparılıb. Qeyd edilib ki, bu təşəbbüslər uşaq ədəbiyyatının inkişafı və gənclərin bu sahədə daha aktiv fəaliyyət göstərməsi məqsədini güdür.

Müzakirədə üzv nəşriyyatların fəaliyyəti ilə bağlı yeni addımlar atılması və əməkdaşlıq imkanları haqqında təkliflər səsləndirilib. Nəşriyyatların birgə fəaliyyəti ilə bağlı yenilikçi təşəbbüslər irəli sürülüb. Üzvlükhaqqı məbləğinə yenidən baxılması müzakirə olunub və nəşriyyatların bu prosesdə daha fəal iştirakının təmini  məqsədilə tədbirlər planı təqdim edilib.

Çıxışçılar bildiriblər ki, bu müzakirələr ANAİB-in  nəşriyyatlar arasında əməkdaşlığı gücləndirmək,  sektorda davamlı inkişafı təmin etmək istiqamətində atacağı addımlar üçün ciddi əhəmiyyət daşıyır. Gələcəkdə sözügedən istiqamətdə daha çox təşəbbüs və layihənin həyata keçirilməsi gözlənilir.


Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...

Warning: Version warning: Imagick was compiled against ImageMagick version 1692 but version 1693 is loaded. Imagick will run but may behave surprisingly in Unknown on line 0