Xəbərlər ANAİB XI Bakı Beynəlxalq Kitab Sərgisində yeni əməkdaşlıq körpüləri qurdu
ETİKETLƏR
DİGƏR xəbərlər

ANAİB XI Bakı Beynəlxalq Kitab Sərgisində yeni əməkdaşlıq körpüləri qurdu

ANAİB XI Bakı Beynəlxalq Kitab Sərgisində yeni əməkdaşlıq körpüləri qurdu

Azərbaycan Nəşriyyatlar Assosiasiyası (ANAİB) XI Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirakını uğurla başa vurub.

ANAİB xəbər verir ki, sərgi günləri ərzində ANAİB-in stendi həm yerli, həm də beynəlxalq nəşriyyat nümayəndələrinin diqqət mərkəzində olub. Təşkilat nümayəndələri yerli və xarici nəşriyyatlarla görüşlər keçirib, əməkdaşlıq imkanlarını müzakirə edib və oxuculara zəngin nəşr nümunələrini təqdim ediblər.

Sərgi çərçivəsində Azərbaycan və Qətər nümayəndələri arasında keçirilən görüş xüsusi əhəmiyyət kəsb edib. Görüş zamanı qonaqlara ölkəmizin nəşriyyat sahəsi, çap olunan kitablar və ANAİB-in fəaliyyət istiqamətləri barədə geniş məlumat verilib. Qətər tərəfi də öz nəşriyyat fəaliyyəti və kitab sənayesi haqqında təqdimatla çıxış edib. Tərəflər gələcəkdə birgə layihələrin həyata keçirilməsi barədə ilkin razılığa gəliblər.

Görüşdə ANAİB-in sədri Şəmil Sadiq “Xəmsə” əsərini qətərli nümayəndələrə hədiyyə edib, qonaqlar isə “Qətər incəsənəti”- nə dair nəşri təqdim ediblər. Bu qarşılıqlı mübadilə iki ölkə arasında nəşriyyat sahəsində yeni əməkdaşlıq körpülərinin qurulması baxımından mühüm addım kimi qiymətləndirilir.

Sərgi çərçivəsində həmçinin Gürcüstan Naşirlər Birliyinin sədri ilə görüş keçirilib və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

ANAİB stendi sərgi boyunca yalnız kitab təqdimatları ilə deyil, həm də rəsmi qonaqlar və imza saatları ilə fərqlənib. Stenddə millət vəkili, yazıçı Fazil Mustafa, ANAİB idarə heyətinin sədri Şəmil Sadiq və yazıçı Varis oxucularla görüşərək kitablarını imzalayıb. Rövşən Abdullaoğlunun kiçik seminarı isə xarici əməkdaşlarla keçirilmişdir. Eyni zamanda, Mədəniyyət naziri Adil Kərimov ANAİB idarə heyəti ilə görüşərək müasir nəşriyyat sektoru və gələcək əməkdaşlıq imkanlarını müzakirə edib.

Yeni əlaqələr, yeni ideyalar və gələcək əməkdaşlıqlarla ANAİB XI Bakı Beynəlxalq Kitab Sərgisini uğurla tamamlayıb. 

Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...

Warning: Version warning: Imagick was compiled against ImageMagick version 1692 but version 1693 is loaded. Imagick will run but may behave surprisingly in Unknown on line 0