Xəbərlər Azərbaycan 76-cı Frankfurt Beynəlxalq Kitab Sərgisində - Fotolar
ETİKETLƏR
DİGƏR xəbərlər

Azərbaycan 76-cı Frankfurt Beynəlxalq Kitab Sərgisində - Fotolar

Azərbaycan 76-cı Frankfurt Beynəlxalq Kitab Sərgisində - Fotolar

16 – 20 oktyabr tarixlərində “Oxu. Düşün. Əlaqələndir” devizi altında 76-cı Frankfurt Beynəlxalq Kitab Sərgisi baş tutub.

Azərbaycan Nəşriyyatları Assosiasiyasından (ANAİB) verilən məlumata görə, ölkəmiz Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu il də sərgidə xüsusi stendlə təmsil olunub.

 Sərgidə Azərbaycan nümayəndə heyətinin rəhbəri mədəniyyət nazirinin müavini Səadət Yusifova, o cümlədən ANAİB idarə heyətinin sədri, dosent Şəmil Sadiq, idarə heyətinin üzvü, “Qədim Qala” Nəşriyyatının direktoru Şöhlət İxtiyaroğlu, “TEAS Press”, “Qələm” nəşriyyatlarının direktorları – Hafiz Eyyubov və Nicat İbrahimov, eləcə də yazıçı Rövşən Abdullaoğlu iştirak ediblər. 

Sərgi çərçivəsində Çinin Mədəniyyət Nazirliyinin əməkdaşları Azərbaycan stendinin qonağı olub. Bundan başqa, kitabçılığın perspektivləri ilə bağlı müxtəlif görüşlər keçirilib, müzakirələr aparılıb.

Bundan başqa, Frankfurt Beynəlxalq Kitab Sərgisində Azərbaycan, Kipr, Yunanıstan və Türkiyə üzrə koordinator Hanife İçtenlə görüş baş tutub. Görüşdə müxtəlif məsələlər müzakirəyə çıxarılıb.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, İstanbul Ticarət Odası və Türkiyə Naşirlər Birliyinin başqanları ilə Azərbaycan kitabçılığının inkişafı ilə bağlı danışıqlar aparılıb.

Qeyd edək ki, 95 ölkədən 4000 nəfərin bir araya gəldiyi sərgi kitabçılıq sahəsində çalışan minlərlə mütəxəssisin yeni əməkdaşlıqlar qurması və təcrübə mübadiləsi üçün mühim platformadır.


Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...