Xəbərlər Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri, dosent Şəmil Sadiq TÜRKSOY Medalı ilə təltif edildi
ETİKETLƏR
DİGƏR xəbərlər

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri, dosent Şəmil Sadiq TÜRKSOY Medalı ilə təltif edildi

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri, dosent Şəmil Sadiq  TÜRKSOY Medalı ilə təltif edildi

Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri, dosent Şəmil Sadiq Türk dünyası mədəniyyəti, elmi və təhsilinə verdiyi töhfələrə görə Qazaxıstanın Türküstan şəhərində TÜRKSOY medalı ilə təltif edilib. Nüfuzlu mükafata layiq görülməsi ilə bağlı öz təəssüratlarını “Media25”-lə bölüşən Ş.Sadiq bu təltifin TÜRKSOY-un Azərbaycan nəşriyyat sektoruna verdiyi dəyər kimi qiymətləndirib:

“Mükafatı TÜRKSOY-un Baş katibi, hörmətli Sultan Raevin əlindən qəbul etmək mənim üçün ayrı bir qürurdur. Medalda qeyd olunur ki, bu təltif Türk dünyasının təhsili, mədəniyyəti və maariflənməsinə göstərilən xidmətlərin və uzun illər ardıcıl fəaliyyətin qiymətləndirilməsi məqsədi daşıyır. Mən bu mükafatı heç vaxt təkcə öz adımla bağlı görmürəm. Bu medal Hədəf Şirkətlər Qrupu komandasının, Azərbaycan nəşriyyatları Assosiasiyasının, yazıçı və şairlərimizin, kitab sərgilərimizdə, oxu marafonlarımızda, türk dünyası ilə bağlı layihələrimizdə bizimlə yol gedən bütün tərəfdaşlarımızın uğurudur. Çıxışımda da vurğuladığım kimi, bu medal mənim şəxsi fəaliyyətimlə yanaşı, Azərbaycan kitabının, nəşriyyatlarının, təhsillə bağlı fəaliyyətlərimizin, müəllif və tərcüməçilərimizin, kitab sərgilərimiz və oxu layihələrimizin tanınması deməkdir. Türk dünyasının ortaq mədəni məkanında Azərbaycan sözünün daha gur səslənməsi üçün bundan sonra da səylə çalışacağıq.”

"TÜRKSOY medalı mənim üçün Türk dünyasında kitab və mədəniyyət körpülərinin qurulması yolunda atılan addımların rəmzi bir təsdiqi, həm də gələcək işlər üçün məsuliyyət siqnalıdı",-deyən Şəmil Sadiq vurğulayıb ki, məqsədimiz Azərbaycanı regionda nüfuzlu nəşriyyat mərkəzi kimi daha da gücləndirmək və Türk dünyasının ortaq mədəni yaddaşına xidmət edən layihələri davam etdirməkdir:

“2023-cü ildə Bakı Beynəlxalq Kitab Sərgisində təşəbbüsümlə Turan Nəşriyyatlar Birliyi təsis olunub və bu birlik də Türk dünyasında nəşriyyat əməkdaşlığının mühüm platformalarından birinə çevrilməkdədir. Bu yolda yanımda olan hər kəsə – komandama, müəllimlərimizə, tərəfdaşlarımıza və oxucularıma ürəkdən təşəkkür edirəm

Bu medal hamımızındır”...


Bizimlə Whatsapp ilə əlaqə saxlayın
Salam, Sizə necə kömək edə bilərik?
whatsappa keçid etmək üçün klikləyin...

Warning: Version warning: Imagick was compiled against ImageMagick version 1692 but version 1693 is loaded. Imagick will run but may behave surprisingly in Unknown on line 0