III Bilik Kitab Sərgisi keçiriləcək
27.08.2025
27.06.2025
I Mingəçevir Kitab Sərgisi keçirildi
11.06.2025
“Zəfərin uşaqları ilə Oxu Marafonu” layihəsi çərçivəsində təşkilatçılar region müəllimləri ilə görüşüb

Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Zəfərin uşaqları ilə Oxu Marafonu” – Şimal bölgəsi məktəblilərinin mütaliə yarışı” layihəsinin sayca ikinci görüşü müəllimlərlə keçirilib. Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində baş tutan təlimdə ANAİB İdarə Heyətinin sədri Şəmil Sadiq, layihənin təlimçiləri “XAN Nəşriyyatı”nın direktoru Səbuhi Şahmursoy, “Altun kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov, ekspertləri “Qədim Qala Nəşriyyatı”nın direktoru Şöhlət Səlimov, “Libra kitab” nəşriyyatının rəhbəri Veysəl Məmmədov, “Ağıllı bala” nəşriyyatının rəhbəri Fatimə Alxaz, yazıçı Rövşən Abdullaoğlu, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdir müavini Pərvin Ağasıyev, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Məmmədşah İsrafilov, eləcə də marafonda iştirak edən məktəblərin kitabxana müdirləri və müəllimləri iştirak edib. Layihənin təlimçiləri və ekspertləri seçilmiş məktəblərin müəllim və kitabxanaçılarına layihənin məqsəd və fəaliyyət planı barədə geniş məlumat verib. Onlar üçün məktəbdə kitab oxuma vərdişlərinin və bunun vasitəsilə vətənpərvərlik hisslərinin aşılanması, kitab müzakirələrinin düzgün təşkil olunması və oxuyub-anlama mövzusunda ümumilikdə 6 saatlıq təlim təşkil olunub.
Layihənin təlimçisi Rafiq İsmayılov – “Oxuyub-anlama zəka göstəricisi kimi" və digər təlimçi Səbuhi Şahmursoy – “Şagirdlərə intellektual mirasın ötürülməsi formaları” haqqında geniş məlumat veriblər. Layihənin ekspertləri Veysəl Məmmədov – “Məktəbdə kitab oxuma vərdişlərinin yaradılması”, Fatimə Alxaz – “Sinifdə kitab müzakirələrinin təşkili və təşviq vasitələri” və Şöhlət İxtiyaroğlu – “Vətən haradan başlayır” mövzusunda seminar veriblər.
Sonda verilən seminarların nəticəsi müəllimlərlə müzakirə edilib və layihəylə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb.
Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, ANAİB-in təşkilatçılığı, Quba-Xaçmaz Regional Təhsil İdarəsi, QafqazTV, Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba Filialı, MUSİAD Azərbaycan və QİAB-ın tərəfdaşlığı, 525-ci qəzet və edebiyyat və incəsənət.az-ın isə informasiya dəstəyi ilə həyata keçirilir.
Qeyd edək ki, layihənin sonrakı mərhələsində marafona qoşulan 6 məktəbdən 300 şagirdlə görüşün keçirilməsi nəzərdə tutulub.