Xəbərlər

IV Sumqayıt Kitab Sərgisi keçiriləcək
27 – 28 may tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB) və Sumqayıt Dövlət Universitetinin (SDU) birgə təşkilatçılığı ilə IV Sumqayıt Kitab Sərgisi təşkil ediləcək. ...Anaib.az xəbər verir ki, sərgi Sumqayıt Dövlət Universitetinin inzibati binasında baş tutacaq. Sərgidə təkcə SDU tələbələri deyil, bütün Sumqayıt əhalisinin iştirak etməsi üçün universitetdə “Açıq qapı günü” elan olunub. Sərginin ilk günü – 27 may Milli Mətbuatın yaranmasının 150 illiyinə, iukinci günü – 28 may tarixi isə Müstəqillik Gününə həsr ediləcək. Bayram əhvali-ruhiyyəli sərgidə minlərlə kitab 90 %-dək endirimlə təklif olunacaq, tanınmış yazıçıların, şairlərin təqdimat və imza mərasimləri, məşhurlarla görüşlər, şeir saatları baş tutacaq. Yazıçılar Şəmil Sadiq, Varis, Elxan Elatlı, Aynur Cavid, Elgüsel, Əziz Sultan, Səxavət Məmməd, Mürşüd İsmayılzadə, Əziz Yaqubzadə, tarixçi Boran Əziz, təlimçilər Aysel Rəsulzadə, Orxan Şahbaz, musiqiçi Hüseyn Cəfərin iştirakı ilə müxtəlif panellər, təqdimatlar, imza günləri, şeir gecələri və musiqili proqram təşkil olunacaq. İki gün davam edəcək sərgi hər gün 10:00-dan 20:00-dək oxucuların üzünə açıq olacaq. Sərgidə 25-dən çox nəşriyyatın iştirakı gözlənilir. Giriş sərbəstdir.
21.05.2025
71
Ətraflı

“Qədim Qala” nəşriyyatı Doha Beynəlxalq Kitab Sərgisində
“Azərbaycan Nəşriyyatlar Assosiasiyası” İctimai Birliyinin (ANAİB) üzvü olan “Qədim Qala” nəşriyyatının Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Elnarə Əliyeva Doha Beynəlxalq Kitab Sərgisində iştirak edib.ANAİB-dən verilən məlumata görə, Elnarə Əliyeva sərgi çərçivəsində müxtəlif tədbirlərə qatılıb, beynəlxalq əlaqələri daha da inkişaf etdirmək üçün çoxsaylı görüşlər keçirilib. Qeyd edək ki, Doha Beynəlxalq Kitab Sərgisi Körfəz regionun ən köklü tarixə malik, ən böyük beynəlxalq kitab sərgilərindəndir. Yarmarka ilk dəfə 1972-ci ildə “Dar Al Kutub Al Qatariya” rəhbərliyi altında fəaliyyətə başlayıb. Adətən iki ildən bir keçirilən sərgi 2002-ci ildən etibarən illik tədbirə çevrilib. İlk yarmarkada 20-dən çox nəşriyyat evi iştirak edib. Bu il isə 50-dən çox ölkəni təmsil edən 500 nəşriyyatın iştirakı ilə baş tutub. Əlavə məlumat üçün bildfirək ki, Doha Beynəlxalq Kitab Sərgisində seminarlar, mühazirələr, və s. kimi çoxsaylı mədəni tədbirlər keçirilir. Yarmarka Doha Sərgi və Konqres Mərkəzində təşkil olunub.
19.05.2025
63
Ətraflı

BookFest Naxçıvan Kitab Sərgisi – 2025 keçirildi
9 – 11 may tarixlərində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Naxçıvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Nəşriyyatlar Assosiasiyası İctimai Birliyinin (ANAİB) birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində Saat meydanında BookFest Naxçıvan Kitab Sərgisi – 2025 keçirilib. Anaib.az xəbər verir ki, festivalda 28 nəşriyyat, eləcə də tanınmış yazıçılar, şairlər, incəsənət xadimləri iştirak edib, oxucularla görüşlər, təqdimat və imza günləri keçiriblər. Bundan başqa, minlərlə kitabın endirimli satışı, müxtəlif mövzulu panel-müzakirələr baş tutub. Festivalın açılış mərasimində Azərbaycan Respublikasının Prezidentinin Naxçıvandakı səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, ANAİB sədri Şəmil Sadiq, rejissor Tahir Tahiroviç, şair Rüstəm Behrudi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu iştirak edib, stendlərə birgə baxış keçiriblər. Sərgidə yazıçılar Rövşən Abdullaoğlu, Elxan Elatlı, Seymur İlyasov, İradə Qədirova, Zaur Bayramoğlu, şair Aqşin Yenisey, təlimçilər Orxan Şahbaz, Rəşad İbrahimov da qatılıblar. Üç gün davam edən festivalın ilk günü – mayın 9-u Qələbə Gününə, mayın 10-u isə Ümummilli Lider Heydər Əliyevin andan olmasının 102 illiyinə həsr edilib. Festival çərçivəsində konsert proqramı və atəşfəşanlıq baş tutub.
15.05.2025
92
Ətraflı